Separatçıların bayrağının qaldırılmasının qarşısı alınacaq - AYB

Avropa Yayım Birliyi (AYB) “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.

Bu barədə AYB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“AYB Avroviziya müsabiqəsinin canlı yayımına maneə yaradan istənilən bayrağı aradan qaldırmaq hüququnu özündə saxlayır. Bura tamaşaçılar üçün təhqir hesab olunan və ya siyasi, kommersiya xarakteri daşıyan istənilən formada bayraqlar daxildir”, - deyə AYB-nin şərhində deyilir.

Qeyd edək ki, “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” noyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. “Avroviziya” müsabiqəsinin Ermənistan üzrə rəsmi saytında qeyd olunub ki, ölkəni müsabiqədə təmsil edəcək 9 yaşlı Mişa (Mixael Qriqoryan) Stepanakertdə (Xankəndi) Qriboyedov adına 3 saylı məktəbdə təhsil alır və “Artsaxın səsləri” qrupunun fəal üzvüdür.

“Avroviziya” müsabiqəsi çərçivəsində Ermənistan təmsilçiləri dəfələrlə separatçı rejimin bayrağını dalğalandırıblar. Bu bayraq müsabiqənin qadağan olunmuş bayraqları siyahısına daxil edilib.

635x100

Şərhlər

Oqtay 2017-11-14 11:54:10

Bizimkilərdə Şuşada anadan olan (ya olasıydı işğal olmasaydı) uşağı göndərsinlər Azərbaycan bayrağı ilə

Elxan Əskəranski 2017-11-14 11:54:10

Mişa Qregorun başı üzərində Azərbaycan bayrağı dalğalanmalıdır. Onun valideyinləri qəbul etmirsə, hüquq-mühafizə orqanlarımız qanunu tədbirləri bəyan etməli və onların tətbiqinə Prezidentimiz lazımi şərait yarada bilər. İraq və İspaniya daşnağlardan 50-100 dəfə çox separatçılarını qapadılar. Biz isə gözləyirik ki, dini savaşçıların "dayıları" və silahlandıranlar Qarabağı hərbdən "azad" edib Azərbaycana qaytaracaqlar?

Son yazılar