Vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanları – DİM açıqladı

Dərc olunub: 14/11/2017 - 12:07

vefadar-misirov“Bəzi dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını vaxtında təmin etmir. Bununla bağlı ləngimələr var. Dövlət İmtahan Mərkəzi həmin dövlət orqanlarında vakant vəzifələr barədə vaxtında və çevik şəkildə məlumat əldə edə bilmir”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair mətbuat konfransında deyib.

İcraçı direktor bildirib ki, dövlət qulluqçularının reyestrinin aktuallığını təmin etməyən orqanların məsul şəxsləri qanunvericiliklə məsuliyyətə cəlb olunacaqlar.

Dövlət qulluqçularının reyestrində 30 minə yaxın dövlət qulluqçusu barədə məlumatların toplandığını vurğulan V. Misirov qeyd edib ki, dövlət qulluqçularının reyestrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində vakant vəzifələr görünsə də, onlar vakant vəzifələri DİM-ə təqdim etmirlər.


loading...




Fikrinizi bildirin