Lavrov Azərbaycan və Ermənistana səfər edəcək

sergey-lavrov-696x464Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın "168 jam" qəzeti Rusiyadakı mənbəyə istinadən xəbər yayıb.

Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.

"168 jam" qəzetinin yazdığına görə, səfərlə bağlı iki versiya var. Birinci versiyaya əsasən, Lavrov Nalbandyan-Məmmədyarov görüşü üçün Vyana və Peterburq anlaşmalarının yer aldığı effektiv gündəlik hazırlamağa çalışacaq. İkinci versiyaya görə isə rusiyalı diplomat münaqişə tərəflərinə digər həmsədr ölkələrin dəstəklədiyi proqramı təklif edəcək.

635x100

Şərhlər

dadaşyev 2017-11-14 12:57:32

Lavrov dünyanı Qarabağı erməninin aldığına inandırmaq üçün oyun çıxarmasın,Moskvadan birbaşa bura gəlsin,Nalbandyan-Məmmədyarov görüşü yox,Lavrov-Məmmədyarov görüşü keçirilsin.Qarabağ konflikti Rusiya-Azərbaycan konfliktidir.Təbii ki,Rusiyanın xətrinə dəyə bilər deyə biz bunu açıqca deyəmmərik,amma cənab Məmmədyarovun özünəməxsus diplomatik dili var,Lavrova bunu sətiraltı da olsa hərdən anlatsın ki,dünya jurnalistləri "hoop" deyə götürsünlər.Sonra desək də bizi yanlış anlamışlar, dediyimizi demiş olacağıq.

Son yazılar