Brakonyerlərlə polis arasında insident olub

Bakı buxtasında insident olub.

APA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı həyata keçirilən əməliyyat zamanı “Yamaha” markalı qayıqda olan şəxslər polisə tabe olmayaraq, idarə etdikləri qayığı polisin patrul qayığına vuraraq hadisə yerindən qaçıblar.

Nəqliyyat Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuşlar - Natiq Əbilov və Sərxan Quliyev tutulublar.

Saxlanılarkən S. Quliyevdən heroin aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar