Tanınmış şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

“ATEF Şirkətlər Qrupu” MMC Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

"Report"un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC obyektin istismara icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "ATEF Şirkətlər Qrupu" 1998-ci ildə özəlləşdirilən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar