Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib

Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb.

Hərbi təlimlər Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında keçirilib və orada xidmət edən rus hərbçilərlə yerli qüvvələr iştirak edib. Təlimdə Ermənistan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının vəsaitlərindən istifadə olunub.

Hərbi təlimə 300-ə yaxın hərbçi və 50-dən çox hərbi texnika, o cümlədən “Buk-M1”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Erebuni aviasiya bazasının “MiQ-29” qırıcılarının 4-cü nəsli cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar