Dənizkənarı Bulvar İdarəsi “Azenco”nu məhkəməyə verib

Dərc olunub: 14/11/2017 - 13:40

7c9bd303-c1ed-4c44-aef8-7b92573797e2_292Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi “Azenco” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Dənizkənarı Bulvar İdarəsi satınalma müqaviləsinin və ona əlavə olunan xüsusi şərtlərin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı təmin edib.
Həmin qərardan narazı qalan ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi “Azenco”nun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlayıb.


loading...




Fikrinizi bildirin