BİRİNCİ VİTSE-PREZİDENTİN YENİ KÖMƏKÇİSİ TƏYİN EDİLDİ - Sayları 4 oldu + FOTO

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib

Azərbaycan Respublikasının birinci vitse-prezidentinin yeni köməkçisi təyin edilib. APA-nın məlumatına görə, Gündüz Kərimov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.

Bununla da birinci vitse-prezidentin köməkçilərinin sayı 4 nəfərə çatıb.

Hazırda I vitse-prezidentin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov

Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov

Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov

[caption id="attachment_370282" align="alignleft" width="172"]

Gündüz Kərimov[/caption]

Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov

Qeyd edək ki, Mehriban Əliyeva prezident İlham Əliyevin bu il fevralın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olunub.

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.

635x100

Şərhlər

dadaşyev 2017-11-14 16:59:36

Mehriban xanıma uğurlar arzulayıram.Azərbaycanda bütün vəzifəlilər içində xalq tərəfindən,ələlxüsus da Şirvan əhli tərəfindən bir tək həqiqətən də sevilən şəxs vardır,o da Mehriban xanımdır.Bu,zərrəcə mübahisə edilməyən faktdır.

Lissabon 2017-11-14 16:59:36

Dadasyev evveller sizin serhlerinizi beyenirdik, amma butun Sirvan ehlinin adindan danismaq duz olmaz

dadaşyev 2017-11-14 16:59:36

Lissabona. Azərbaycanda klanlararası səssiz mübarizələrdə nələrin baş verdiyindən xəbərsizliyiniz mənə Şirvan əhlinin adından danışmağın düzgün olmadığı iradınızla nəticələnib,deyə düşünürəm.Və təbii qarşılayıram.Amma inanın ki haqlı olmasam söz demərəm.Yoldaş dadaşyev hərzaman doğru danışar.

Lissabon 2017-11-14 16:59:36

Qardash men de az-cox xeberim ne var ne yox, ozum Sirvan ehliyem ele lap kokunden. Amma bugunki Zimbabve xalqi gordunmu prezidenti destekledi.... Men sizi haqli fikirler yazan gormusem, amma bu seciminiz meni heqiqeten teeccublendirdi.

seymur 2017-11-14 16:59:36

pahatonna sizi eshidilar

Vetendas 2017-11-14 16:59:36

Bu olkeni idare eleye ulu onderimizin davamcisi cenab İlham Əliyevdi ...ona can sagligi arzulayiram

Son yazılar