Tereza Mey Rusiyanı ittiham etdi! - Dünyada sabitliyi pozmaq cəhdlərinə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın (BB) Baş naziri Tereza Mey Rusiyanı bütün dünyada sabitlyi pozmağa yönəlik cəhdlər göstərməkdə ittiham edib.

Onun sözlərinə görə, Moskva beynəlxalq qaydalar sistemini pozmaq cəhdləri göstərir.

Britaniya hökumətinin başçısı onu da qeyd edib ki, Rusiya saxta (feyk) xəbərlər yayır, başqa ölkələrdə seçkilərə müdaxilə edir və kiber-casusluqla məşğul olur.

Rusiyanın bəzi siyasətçiləri artıq Tereza Meyin fikirlərinə reaksiya veriblər. Məsələn, Dövlət Duması beynəlxalq komitəsinin sədri Leonid Slutski Britaniya hökumətinin başçısını ikili standartlar işlətməkdə ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar