İraq məktəblərində rus dili icbari tədris olunacaq

iraq«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Təhsil nazirliyinin (TN) qərarı ilə bu ölkənin məktəblərində rus və ispan dilləri icbari məktəb proqramına daxil edilib. İdarədə hesab edirlər ki, bu fənnlər uşaqları vacib biliklərlə zənginləşdirmək qabiliyyətinə malikdir və buna görə, həmin fənnlər üzrə imtahanlar keçirilməyəcək.

«Nazirliyin noyabrın 12-də keçirilmiş iclasında «rus dili» və «ispan dili» fənləri bilikləri zənginləşdirən hesab olunub. Bu zaman, həmin fənnlər imtahana çıxarılmayacaq» - nazirliyin mətbuat xidməti xəbər verir.

Beləliklə, idarə «müasir tədris predmetləri»nin tətbiqini davam etdirir və şagirdləri izafi yükləyən «lazımsız» fənnlərin sayını azaltmağa çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar