Bu gecə “Bakinternet” işləməyəcək

Dərc olunub: 14/11/2017 - 22:42

internet__240317Bu gecə internet təminatında fasilələr yarana bilər.”Bakı Telefon Rabitəsi” MMC-dən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.


loading...




Fikrinizi bildirin