Hörük Timoşenkonun nəyinə lazım olub? - Siyasət texnoloqu Sitnikov danışıb...

69721-timosenko-morarmaya-basladi«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, siyasət texnoloqu Aleksey Sitnikov «112 Ukrayna» telekanalına verdiyi müsahibədə bəyan edib ki, «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko effektli zahiri görünüşünə görə, antireytindən canını qurtarmaq məqsədilə hörük gəzdirməli olub.

Sitnikovun sözlərinə görə, 90-cı illərin sonlarında o, komandası ilə tədqiqat aparıb və muəyyən edib ki, Timoşenkonun «neqativ məşhurluğu» onunla bağlıdır ki, elektorat onu Ukraynalı kimi tanımaqdan imtina edirmiş. Bundan başqa, qadınlar gənc siyasətçini özlərinə «rəqib» kimi qəbul edirmişlər.

«Onlar, gözəl və çox seksual, çox enerjili, parlaq qadını qəbul etmək istəmirdilər. Sanki alnına ştamp vurmaq lazım imiş ki, o, ukraynalıdır və seksuallığını da bir qədər azaltmaq lazım gəlibmiş» - deyə, Sitnikov danışıb.

Timoşenko üçün konservativ obraz işləyib hazırlayıblar - məşhur «hörük» də onun bir hissəsidir. Amma siyasətçi əvvəlcə buna razı olmayıb və obrazını yalnız bir neçə ildən sonra dəyişməli olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar