ABŞ Konqresi sabiq prezidentlərin pensiyasını azaltdı

abs-ag-ev-300x194«AzPolitika.info»-qun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi sabiq ABŞ prezidentlərinin pensiyasını azaldıb. Bu barədə ABŞ KİV-əi məlumat veriblər.

ABŞ qanunvericiləri belə bir ümumi razılığa gəliblər ki, bu gün ABŞ administrasiyasının keçmiş başçılarının dövlət tərəfindən göstərilən maliyyə dəstəyinə ehtiyacı yoxdur, çünki onlar yazdıqları kitablardan, kütlələrin qarşısındakı çıxışlardan milyonlar qazana bilirlər.

«Belə imkanların mövcudlutu ilə əlaqədar olaraq, 1958-ci ildə düşünüldüyü kimi, keçmiş prezidentlərə maliyyə dəstəyi göstərməyə ehtiyac yoxdur» - deyə, qəbul olunmuş qanun layihəsinin müəllifi, ABŞ Konqresi nümayəndələr palatasının Corciniya ştatından olan üzvü Codi Hays bəyan edib.

«Hill» nəşri xatırladıb ki, məhz 1958-ci ildə sabiq prezidentlərə pensiya kəsilməsi barədə qanun qəbul olunub. Qanuna görə, pensiyanın məbləği 6-rəqəmli ədələ ölçülür. Bundan başqa, ABŞ administrasiyasının eks-başçısı üçün işçi mühitin və personalın saxlanması və digər xərclər də qanunla nəzərdə tutulub.

Haysın nümayəndələri qeyd ediblər ki, keçmiş prezidentlər üçün 2017-ci ildə ümumi ödənişlər vergi ödəyicilərinə 2,84 milyon dollara başa gəlib.

Yeni qanuna uyğun olaraq, keçmiş prezidentlərin pensiyası ildə 200 min dollara qədər, personalın və işçi mühitin saxlanmasına görə ödənilən məbləğ isə 500 min dollara qədər azaldılacaq. Həm də qanun 10 il müddətinə bu məbləğin mərhələli şəkildə, 250 min dollara qədər azaldılacağını nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar