«Rusiya, İran yönlü birləşmələrin Suriyadan çıxarılmasına söz verməyib» - Lavrov

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya İran yönlü birləşmələrin Suriya ərazisindən çıxarılmasını təmin etməyə söz verməyib.

Bundan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin yüksək məqamlı nümayəndəsi noyabrın 8-də Rusiya, ABŞ və İordaniya tərəfindən imzalanmış üçtərəfli memorandumu şərh edərkən bəyan etmişdi ki, guya Rusiya, İran və iranyönlü qüvvələrin cənub-qərbi Suriyadan çıxarılmasına göməklik göstərməyi öhdəsinə götürüb.

«Suriyanın bütün ərazilərində nələrin baş verdiyi barədə biz, amerikalı həmkarlarımızla hələlik konkret və əhatəli söhbət etməmişik. Bundan başqa, bizim və İranın legitim (qanuni hökumət tərəfindən dəvət olunmuş) iştirakı faktını və həm də ABŞ-ın qeyri-legitim iştirakının doğurduğu fədakətli nəticələri dilə gətirmişik» - deyə, Lavrov bildirib.

Lavrovun sözlərinə görə, memorandumun imzalandığı üçtərəfli görüşdə konekret olaraq, söhbət yalnız Suriyanın cənub-qərbində gərginliyin azaldılması rejiminin işləməsi mexanizmlərindən gedib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar