Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi təqaüdə göndərildi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar