Neft ölkəsi defolt elan edildi

Venezuela's presidential candidate Nicolas Maduro sings during a campaign rally in CaracasNoyabrın 13-də "S&P" Beynəlxalq Reytinq Agentliyi Venesuelanın xarici valyutada reytinqini "SD" (qismən defolt) səviyyəsinə endirdikdən sonra, dünən "Fitch" agentliyi də bu ölkənin xarici öhdəliklər üzrə uzunmüddətli reytinqini "RD" (məhdud defolt) səviyyəsinə salıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, reytinqin hər iki agentlik tərəfindən defolt səviyyəsinə endirilməsinə səbəb Venesuelanın 2019-cu və 2024-cü illər suveren istiqrazları üzrə 200 mln. dollar həcmində vaxtı çatmış faiz ödənişlərini həyata keçirməməsi amili olub.

Qeyd edək ki, Venesuelanın kredit reytinqinin "defolt" səviyyəsinə qədər azaldılması bu ölkədə dolların məzənnəsinin bir qədər də artmasına səbəb olub. Belə ki, cümə günü nağd valyuta bazarında 49 830 bolivar olan dolların məzənnəsi, iki iş günü ərzində 11%-ə yaxın artaraq 55 216 bolivara çatıb. İlin əvvəlindən isə dollar nağd valyuta bazarında 18 dəfəyədək bahalaşıb.

635x100

Şərhlər

Neft texnoloqu 2017-11-15 11:34:44

Acıdan dərs gərəkli olar. ..kredit, istiqraz, özgəyə kapital kimi maliyyə oyunları ilə dövləti saxlamaq olmaz. Belə siyasətli Ermənistanın Çiçəklənən partiyası var və haylar özğə yanda çiçəklənirlər. Amma, meyvə-tərəvəz və tütün əkən, mala-qoyuna baxan kəndli azlığından ora çiçəklənməz. Tarixi olmayan insan qrupunun seçilən məşğuliyyəti da olmur. Azərbaycan hökuməti də 20 ildir zəruri varidat mənbəyi olacaq ucqar kəndlərimizi tamamilə unudub.

Son yazılar