NAZİR MÜAVİNİNDƏN MƏZƏLİ AÇIQLAMA - "Ödənişli xidmət göstərilmir..."

Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin sadəcə maliyyələşdirmə mexanizmi dəyişəcək:

"Artıq bir neçə ildir ki, dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir. Bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. Lakin icbari tibbi sığortaya keçilən ərəfədə tibb müəssisələrinin hesablarının olmaması onların fəaliyyətində problemlər yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Belə olanda onların həm dövlət büdcəsindən, həm də gələcəkdə digər mənbələrdən maliyyələşməsi qanunazidd olmayacaq".

Qeyd edək ki, nazir müavininin "Artıq bir neçə ildir ki, dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir" fikri cəmiyyətdə gülüşlə qarşılanıb. Minlərlə sosial şəbəkə istifadəçisi E.Ağayevin bu açıqlamasına dair satirik paylaşım edib və şərh yazıb. Bu da təbiidir. Məsələ ondadır ki, adı ödənişsiz olsa da, Azərbaycanda bircə dənə də olsun dövlət tibb müəssisəsində pulsuz tibbi xidmət yoxdur və olmayıb. Belə olduğu halda, nazir müavininin yuxarıdakı açıqlamasının zarafat, lağlağı predmetinə çevrilməsi təəccüblü deyil.

V.Nəsibov

635x100

Şərhlər

kamil 2017-11-15 12:50:21

Şərhinizi bura yazın...Nazir müavini yəqin ki zarafat edib nazirliyin yanındakı 1-saylı xəstəxana adı Milli özü soygunçulugla məşgul Milli Onkoloji xəstəxana və digər xəstəxana poliklinikada pulsuz adamın üzünə baxmırlar.

Xəstə 2017-11-15 12:50:21

Tibbin indiki vəziyyətində nə nazirliyə,nə şəhər-rayon tibb şöbələrinin saxlanmasına ehtiyac yoxdur.Çünki bütün tibb müəssislərində baş həkim və xəstəxana personalı at oynadır.Baş həkim haqqını ödəyib oturur yerində.Kİm ona nə edəcək?Nazir razı,icra hakimiyyəti razı.Öl ay xəstə! Pulunu da ver,yarımçıq,keyfiyyətsiz xidmət al.Dərmanlarını da alıb gətirməyi unutma.Bax,Azərbaycan səhiyyəsi budur!

mmm 2017-11-15 12:50:21

E.Ağayev düz deyir,hamıya məlumdur ki,xəstəxanalarda istər rəsmi istərsə də qeyri-rəsmi yığılan pulların nə büdcədən, nə də büdcənin onlardan xəbəri yoxdur.Ümumiyyətlə Azərbaycanda dövlət tibb müəssisəsi yoxdur,hamısı dolayısı ilə kimlərinsə qazanc mənbəyidir.Ona görə də millət sağalmır ki sağalmır.

Namiq Ağayev 2017-11-15 12:50:21

Bu adamın səhiyyə müəssisələrindən xəbəri yoxdur.Hətta bir gənc qadın Nazirliyin önündə müraciət üçün gəldiyində ona yaxın duran.eşidən belə olmadı.Qadın ağladı.qışqırdı,hətta bayılaraq yerə yıxıldı.Bir nəfər nazirlikdən gəlib onu eşidən olmadı.Bu səhnəni hətta internetdə də qoymuşdular.Adi nazirlik və Komitələrə girişi qadağan etməkdə məqsəd bəlli deyil.Nazirliklərə vətəndaş nə üçün müraciət edə bilməz, bu yenilik insanları saymamaq.onları insan yerinə qoymamaq ,hüquqlarını pozmaq deyilmi?

dadaşyev 2017-11-15 12:50:21

Ay camaat,nəbadə kefli İsgəndərin sözünə qulaq asasınız.Necə yatmısınızsa,eləcə də yatın.Allah sizə rəhmət eləsin,ölülər.Mən onun-bunun sözünə artıq çoxdandı qulaq asmıram.Soyuqlar ki düşdü,ayda üçcə manat verib sarımsaq və acı bibər alıram.Hər gecə bir diş sarımsaq və bir dənə bibər vururam bədənə,od qoyur içimə,amma əlhəmdülillah ta aprelə qədər başım-gözüm ağrımır.Tibbi sığortası qıyılıb millətə verilməyən neft ölkəsində ən yaxşı həkim sarımsaq və bibərdi.Xəstəxanaya düşsəniz dərinizi soyacaqlar.

xəstəxanadan 2017-11-15 12:50:21

Bu adama nə var ki? Vəzifə,personal maşın,aylıq gəlir.Toxun acdan xəbəri olar?Nazirlik hansı işlə maraqlanır ki? Haqlarını alıb baş həkimləri təyin ediblər, apteklərdən gəlir gəlir.Daha nə qaldı ki? Dərə xəlvət.tülkü bəy! Haqqını var.kəndi çap! İnsanların əziyyətindən xəbərləri varmı? Qəbristanlıqlar dolub.

G.M 2017-11-15 12:50:21

Kasıb xəstələnirsə Tibb müəssəsini yox,Qəbirsanlığı fikirləşir.Əvvəla onsuzda dərdini biləcək,diaqnoz qoyacaq həkimi tapmaq müşkül məsələdir.Onu da bir zülümlə tapsa müalicə həkimi tapmayacaq,..o da tapılsa ,onlara veriləcək rüşvəti və tələb olunan dərmanları almaq üçün pul tapmayacaq.Ona görə də haray bu başdan..yıxılıb yerində ölümünü gözləyirsən ki,bir az ``irəli düşəsən``,heç olmasa ailənin borcu az olsun.

dadaşyev 2017-11-15 12:50:21

Deputatdı,nazirdi,nazir müavinidi,bunların əhali ilə nə maddi,nə mənəvi bağları qalmayıb deyə millət necə yaşayır,ümumiyyətlə,xəbərləri yoxdur.Məsələn,bu adam təsəvvür belə edəmməz ki,öz xəstə yaxınlarını son çarə kimi gətirdikləri reanimasiya şöbəsində də həkim-tibb bacısı "Əlibaba və qırx quldur"dakı çapqınçılar kimi necə vicdansızcasına çalıb çapırlar bədbəxt xəstə yaxınlarını."Ona da ver,buna da ver,sabah obiri həkim olacaq,tibb bacısı da ayrı olacaq,onlara da ver" deyə-deyə adamın canını çıxardırlar.

NURəddin 2017-11-15 12:50:21

BU CÜR QIP-QIRMIZI YALAN DANIŞMAĞI BACARAN ADAM DAHA NƏLƏR ETMƏZ? BELƏLƏRİNƏ HƏR CÜR ÇİRKİN İŞLƏRİ GÖRDÜRTMƏK, ƏN ÜFUNƏTLİ SÖZLƏRİ SÖYLƏTMƏK MÜMKÜNDÜR. ALLAH KƏSSİN BELƏ VƏZİFƏNİ, BELƏ PULU, BELƏ İMTİYAZI KI, BU ŞƏRTLƏR DAXİLİNDƏ ƏLDƏ EDİLİR. DİLƏNÇİ OLMAQ BUNUN KİMİ NAZİR MÜAVİNİ OLMAQDAN ŞƏRƏFLİDİR.

o.b.n 2017-11-15 12:50:21

Bu bəlkədə başqa planetdən gələnlərdəndir.

miri 2017-11-15 12:50:21

Yaxşı edib, bəzi düşündürücü və şən olan ("şit" olanlar indidə durur) verlişləri başladılar.Yoxsa bu komandanın yetkilisidə nə ilə yadda qalardı?

Bankomer 2017-11-15 12:50:21

25 müstəqil il keçib və hələ elementar hüquqi-tanıma qeydləri belə yoxmuş? Özəl və ya sığorta klinikaları sığorta və ödənişlə işləyəcəkdisə onda dövlət niyə bahalı tibbi avadanlıq və mərkəzlər sərgiləyirdi? Əksər xalqdan qeyri və sorğudan da yüksək kapital tutumlu hər şey büdcədən ödənilib(siyasi) sərgilənir. SSRİdə Oktyabrdan Aprelə bütün xəstəxanalar dolu olurdu. Onda Azərbaycan bareli 15 dol.ı aşmayan 12 milyon ton neft çıxarırdı. O, dövrdə neft və avadanlığı bütün idxalı ödəyirdi.

AAgahuseyn 2017-11-15 12:50:21

Bu oldu ağ yalan.Əvvala pulsuz Dövlət Tibb müəssəsi yoxdur.varsa adını de mən onun necə pul yıqdıqını isbat edim.Kim deyir pulsuz tibbi xidmət var.... Hər müəssəyə bir yekə dana baxır.Dana cox qanmaz heyvandır.QALDI DƏRMANLARA-keyfiyətsiz baha İRANDAN-10 dəfə baha satılır dərman.Keyfiyyəti 10-dəfə aşaqı.DİAZEPAM-SOBHAN-5.Bu dərmanı mən Azadlıq prospektində aptekdən 1-packasını 85-AZE-ə İRANDAN 2,5-azn-ə aldım.FƏRQƏ BAX məhsul şəxs ALLAH evini YIXSIN.Apteki ğöstərə bilərəm.

Son yazılar