Ağ Evdən seçki açıqlaması 

Dövlət Departamentinin sözçüsü : "Seçkidən sonra Birləşmiş Ştatlar seçki prosesinin qiymətləndirilməsi ilə bağlı açıqlama verəcək"

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf Azərbaycan seçkilərinə münasibət bildirib:“Biz seçki gününə qədər azad, ədalətli və şəffaf prosesin təmin olunmasına çağırmağa davam edirik. Birləşmiş Ştatlar seçki prosesində Azərbaycanda bütün insanların dinc iştirakını təşviq edir və seçki günü və bundan sonra zorakılıq və təhrikə yol verilməməsi və bunun qarşısının alınmasına çağırır. Biz həmçinin rəsmiləri ifadə və sərbəst toplaşmaq azadlıqları kimi fundamental hüquqların təmin edilməsinə çağırırıq. Azərbaycanın beynəlxalq ictimaiyyət arasında başqa dostları kimi jurnalistlərə, bir qrup jurnalistə oktyabrın 4-ü hücuma görə dərin narahatlıq keçiririk. Seçkidən sonra Birləşmiş Ştatlar seçki prosesinin qiymətləndirilməsi ilə bağlı açıqlama verəcək. Bu həftənin sonu bunun açıqlanacağını gözləyirik.”

Dövlət Departamentinin sözçüsü Mari Harf Amerikanın Səsinin müxbirinin “Azərbaycan hökuməti seçki prosesində azadlıqları təmin edirmi?” sualını da cavablandırıb: “Bununla bağlı bir neçə hesabatın şahidi olmuşuq. Bunlardan biri ATƏT-in bu yaxınlarda seçki prosesində insan hüquqlarının pozulması hallarının qeyd edildiyi hesabatıdır. Fikrimcə, bu hesabatda seçki kampaniyası dövrü həm müsbət, həm də mənfi cəhətləri obyektiv şəkildə nümayiş etdirir. Biz rəsmiləri irəliyə doğru addım ataraq, ifadə və sərbəst toplaşmaq azadlıqlarını müdafiə etməyə çağırmağa davam edirik.” /Amerikanın səsi/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar