40 İLLİK HAKİMİYYƏTİN SONU - Zimbabve prezidenti xanımı ilə birlikdə həbs edildi 

Zimbabvedə üsyançı hərbçilər 40 il boyunca hakimiyyətdə olan prezident Robert Muqabe və həyat yoldaşını həbs edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, bundan əlavə onlar mərkəzi televiziyanı ələ keçirib.

Ordu qüvvələrinin hazırda strateji obyektləri nəzarətə götürdüyü açıqlanıb. Bundan əlavə prezident və birinci xanımın saxlanıldığı yer açıqlanmasa da, həyatları üçün hər hansı təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, 14 noyabrdan etibarən ölkədə hərbi çevriliş başlayıb.

****

Zimbabvedə ZBC dövlət televiziya binasını tutmuş hərbçilər prezident Robert Mugabe-nin ailəsilə birlikdə saxlandığını bildiriblər. Hərbçilər baş verənlərin çevriliş olmadığını qeyd etməklə yanaşı Mugabe və onun ailəsinə heç bir təhlükənin olmadığını bildirirlər.

Hakim "Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvər cəbhə" partiyasında bildiriblər ki, bu addım "ölkənin sağlamlığı naminə" atılıb.

"Bu gün yeni era başlayır", - partiyanın bəyanatında deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, Mugabe istefa verməyə hazırlaşır, onun varisi isə, əvvəl bəyan edildiyi kimi, onun arvadı yox, vitse-prezident Emmerson Mnangagva olacaq.

На дорогах за пределами Хараре замечена бронетехника
"Yoldaş Mnangagwa Zimbabveni daha yaxşı məkana çevirəcək", - hakim partiyanın bəyanatında deyilib.

ZBC dövlət televiziya şirkəti binasını hərbçilər çərşənbə gününə keçən gecə tutub.

"Prezident və onun ailəsi sağ-salamatdır, onların təhlükəsizliyi təmin olunub", - hərbi qeyimli şəxs telekanalın efirində bildirib.

Reuters agentliyi həmin şəxsi general-mayor Mojo kimi tanıyıb. Generalın təbirincə, hərbçilər Mugabe-nin ətrafında olan cinayətkarlara qarşı çıxış edib.

Грейс Мугабе стала вероятной преемницей своего 93-летнего мужа
Harare şəhərində partlayış və top atəşi səsləri eşidilib. Harare şəhərində yerləşən Britaniya və ABŞ səfirlikləri vətəndaşlarına ictimai yerlərə çıxmamağı məsləhət görüb. Nə 93 yaşlı Mugabe, nə onun nümayəndələri, hələlik heç bir bəyanat verməyiblər (BBC).

635x100

Şərhlər

Abit 2017-11-15 14:41:29

Mirze-Ağ qardaş isteyirdi alınmadı.Yuxusu şirin olsun.Eline kağız qelem veribler istefa verecek.

dadaşyev 2017-11-15 14:41:29

A balam,rəhmətlik Habil Əliyev demiş,görürsən qatar gəlir,çıxsana yoldan.Mən uşaq idim,məktəbə gedirdim,Brejnev vaxtlarıydı,yadımdadır ki,o vaxtdan prezident kimi adın çəkilirdi.Pay atonnan!A kişi,sən bu 40 ildə yəni başa düşməmisən ki,millət dəyişiklik istəyir?Oğlundan,qızından-zaddan yox idi,heç olmasa müvəqqəti də olsa onlardan birini qoyardın ki azad seçkilər oldu,sonra yenə çıxıb oturardın da taxtda.Başa düşməmisən ki,Zimbabve xalqını çürüdürsən?Özün çiçəklənmisən ee,amma millət qocalıb axı.

G.M 2017-11-15 14:41:29

Ə.40 il də bir kresloda oturmaq olarmı.93 yaşlı adamın ağılı da,fiziki qüvvəsi də 3 yaşında uşaq səviyyəsində olur.Arvadı şəkildəki kimidirsə ,aralarında xeyli yaş fərqi görsənir.Bəlkə bundan sora o yazıq da bir gün görər))

cəngərli sakini 2017-11-15 14:41:29

müqabe GÖRDÜYÜNÜ GÖRÜB.ARVADININ ARZUSU İÇİNDƏ QALDI.NƏ QƏDƏR ARZULAR PUÇ OLDU.ARZU MƏSƏLƏSİNİ QOYAQ KƏNARA,BU İŞİN SONU TURP-DUR,ÖZÜ DƏ YEKƏ AĞ TURP.YAZIQ müqabe QARA GEDƏLƏR BU YAŞINDA .... LƏZZZZZZZZZƏT ELƏDİ.

Tahir 2017-11-15 14:41:29

Hər şeyin sonu olduğu kimi hakimiyyətin də sonu olmalıdır.Burada təəcüblü nə var ki? Heç nə daimi "perpetium mobile" deyil.

Mirzə AĞ 2017-11-15 14:41:29

Bəs, Müqabə müəllim növbəti müddətə prezident seçilmək istəyirdi?..

ilqar 2017-11-15 14:41:29

G.M onsuzda bos durana oxsamir

Son yazılar