NAZİR YENİ KOMANDA QURUR - 3 yüksək vəzifəli şəxsi işdən çıxartdı
Baxiş sayı:
Dərc olunub:
15/11/2017 - 16:43
Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.
“APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.
Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.
Hələlik onların yerinə təyinat aparılmayıb.
Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.
Şərhlər
Xəbər doğrü verilməyib. Bütün müavinləri məgər, Prezident və adətən ... azad və təyin etmirlərmi?
Azərbaycanda "Azərişıq",Neft şirkəti + Azəriqaz, Azərenerji kii iri idarələr olduğu halda Energetika nazirliyi nəyi kurasiya edəcək? Belə nazirlik varsa,o zaman göstərilən idarələr ləğv olunmalı və nazirliyin şöbələri kimi az ştatla fəaliyyət göstərməlidir.İndiki halda ayrıca Energetika nazirliyi yaradıb,ona vəsait xərcləmək talançılıqdır.
Energetika Nazirliyinin quru adından özgə nə funksiyası var ki..Energetikanın əsas naziri Azərişıq Balababa Rzayev mallımdır.