“YEGANƏ LAYİQLİ NAMİZƏD İLHAM ƏLİYEVDİR” - "Unutmaq olmaz ki..." 

"Biz partiya olaraq, öz ənənələrimizə sadiq qalacağıq. Növbəti ildəki seçkilərdə də Azərbaycana rəhbərlik edəcək yeganə layiqli namizəd kimi İlham Əliyevi görürük. Partiya olaraq, onun namizədliyini müdafiə edəcəyik".

Bunları hökumətyönlü Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı musavat.com saytına müsahibəsində qarşıdan gələn prezident seçkilərilə bağlı sualı cavablandırarkən deyib.

Maraqlıdır ki, F.Ağamalı 2018 prezident seçkilərində hakimiyyətin namizədinin dəyişə biləcəyi, Mehriban Əliyevanın namizədliyinin irəli sürüləcəyi ilə bağlı ehtimalları istisna edib. Baxmayaraq ki, bu ehtimalı hətta YAP funksionerləri də belə qəti dillə istisna etmirlər. Sitat: "Bu yanaşmalar yetərincə ciddi əsaslara malik deyil. Təbii ki, Mehriban Əliyeva artıq güclü siyasətçi və dövlət xadimi kimi böyük nüfuz qazanıb, istər ölkə daxilində, istərsə də xaricində. Lakin unutmaq olmaz ki, Azərbaycan Konstitusiyası İlham Əliyevə yenidən namizədliyini irəli sürmək və seçilmək hüququ verir. Bu baxımdan güman etmirəm ki, İlham Əliyev namizədliyindən imtina etsin. İlham Əliyev amilinin olduğu bir zaman kəsimində tamamilə əminəm ki, Mehriban xanım prezidentlik uğrunda marafona qoşulmayacaq. Burada Mehriban xanımın fəaliyyətini bəyənən xoşməramlı insanların olması ilə bərabər, təbii ki, heç də xoş olmayan niyyətləri olanlar da bunu qabarda bilərlər. Çünki bir komanda daxilində iki nəfərin qarşı-qarşıya qoyulması, əlbəttə, doğru deyil. Mehriban xanımın Azərbaycan xalqı içərisində böyük rəğbətə və nüfuza malik olduğunu hər kəs bilir".

Belə həssas mövzuda F.Ağamalının qəti fikir yürütməsi, açıq mətnlə Mehriban xanımın namizədliyi ehtimalının üzərindən xətt çəkməsi, İlham Əliyevi "yeganə layiqli namizəd" adlandırması maraqlı və düşündürücü hadisədir.

V.Nəsibov

635x100

Şərhlər

Şuşalı Əhməd 2017-11-15 17:06:18

BərakAllah MV, 3 ay yeyib-içib düzəlib. Bəs, YAP iclası niyə susdu? Hansının kapitalı çatmır? "Ana Vətən"in bəyanatı daha maraqlıdır. On illik ikili idarə fantaziyası hələki Ana Vətənin Irəvan, İngiltərə, Kreml, Fransa, İtaliya və ya dünya olduğunu ayırd imkanı verməyib. Y

Sakin 2017-11-15 17:06:18

Bizim mağazada ....

dadaşyev 2017-11-15 17:06:18

Mehriban xanım namizədliyini verərsə mən ona səs verəcəyimə and içirəm.

yusif-1313 2017-11-15 17:06:18

Abutalibovun Pattiyasi(Yaltaqlar partiyasi)fəaliyyətdədir

G.M 2017-11-15 17:06:18

Fəzail Ağamalıyev bilir ki,onsuz da onun ağızıyla heç nə ölçülmür.O,bu hərəkətiylə ``Qoca Qvardya`` -ya sadiq olduğunu sübut edir.Ancaq unudur ki,Xanımın namizədliyini ən çox da fəzail kimilərə görə sıravi vətəndaşlar hamılıqca müdafiə edəcəklər.

bisavad 2017-11-15 17:06:18

Millət daş qaldırmaqla ailəsini bir təhər dolandırır, deputatlar isə heç bir iş görmədən.............

dadaşyev 2017-11-15 17:06:18

Gün-gündən çiçəklənən respublikamızın hüsnü-camallı məmurlarının əsas əcaibliyi odur ki,bilə-bilə ki dedikləri sözlər heç kimsənin vecinə də deyil,heey danışırlar.O da onnandı ki,hər vəzifəlinin ətrafında on-on beş cahil sürüsü olur,hərzaman şərəfinə mədhiyyələr deyib seçilmişlərdən olduğunu təlqin eləsinlər deyə,desinlər "Səni bu hüsnü-camal ilə,bu lütf ilə görüb,Qorxdular 150 manat maaşlı müəllim eləməyə,döndülər 2500 manat maaşlı deputat elədilər".

Abit 2017-11-15 17:06:18

fikir yürütmekle "GEN QAZ,DERİN QAZ ÇÜNKİ ÖZÜN DÜŞECEKSEN.

t.ədalət 2017-11-15 17:06:18

Müharibə vəziyyətində olan ölkədə Prezident seçkilərinə getmək dogru deyildir.İndi ölkəmizə sərf edən odur ki,prezidentin səlahiyyət müddəti uzadılsın.Bu gün Azərbaycanda namizədliyini irəli sürəcək,İlham Əliyevi əvəz edəcək adam yoxdur.Biz, Əbülfəz Əliyev dövrünü yaxşı xatırlayırıq.Həmin dövrdə xalqı aldadaraq yaranmış vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirən yaramaz adamları gördük.Seçkilərə gedib boş yerə maliyyə itkisi ilə üzləşməyə ehtiyac yoxdur.Kimsə gəlib İlham Əliyevdən yaxşı olmayacaq.

Son yazılar