Mingəçevirdə 32 yaşlı qadın əri tərəfindən döyülərək xəstəxanaya düşüb

qadin-meyitMingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb. "Report” xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar