Yunanıstanda daşqınlar nəticəsində 13 nəfər ölüb

Yunanıstanın Attika bölgəsində baş verən daşqınlar nəticəsində 13 nəfər həyatını itirib.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Məluma görə, şiddətli yağışlar regiona fəsadlarla nəticələnən daşqınlara səbəb olub. Mandra, Maqula, Nea-Paramos, Elefsina və Aspropirqos şəhərləri su altında qalıb. Sinoptiklər yağıntılı havanın noyabrın 19-dək davam edəcəyini proqnozlaşdırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar