ABŞ səfiri Salyanda “Amerika guşəsi”ndə olub

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən “Amerika güşəsi”nə baş çəkib.Səfirlikdən virtualaz.org-a verilən məlumata görə, səfir orada ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

“Amerika Güşəsi” proqramına Azərbaycan Dillər Universitetində yerləşən ən böyük Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmazda yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanlarını yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma üzvü üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri də təqdim edir.

Səfir və onun həyat yoldaşı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb və onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafı məsələlərini müzakirə ediblər.

Qonaqlar, həmçinin, tarixi Cümə məscidinə baş çəkiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar