Baş Prokurorluq: Sumqayıtda avtobuslar daşa basıldı

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Bu xəbəri Daxili İşlər Nazirliyində də təsdiqləyiblər.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar