6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB - Seysmoloji Xidmət Mərkəzi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.

“Report” Xidmətin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

***

Azərbaycanda zəlzələ baş verib.

"Report"un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Qax, Zaqatala və Lənkəran daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.

İlkin ehtimala görə, zəlzələnin gücü 4 bal olub və təxminən 35-40 saniyə davam edib.

635x100

Şərhlər

Abit 2017-11-16 00:55:38

Bes Qurban Yetirmişli deyirdi narahatçılığa esas yoxdu,Azerbaycanda gözlenilmir.Ay Yetirmişli mellim zelzele ve velvele gelende heç vaxt xeber elemir.Afrikadakı çevriliş kimi

Son yazılar