"HEYDƏR ƏLİYEVLƏ GÖRÜŞÜB GƏLİRƏM..." - Abutalıbovdan qəribə açıqlama

"Talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov səhhəti ilə bağlı yazılanlara cavab verib.

Mer özü Modern.az-ın redaksiyası ilə əlaqə saxlayaraq, səhhətində heç bir problem olmadığını bildirib:

Mən hazırda iş başındayam. Bu dəqiqələrdə müdriklikdən müqəddəslik zirvəsinə qədər ucalmış Heydər Əliyevlə görüşüb gəlirəm.

Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özlərilə bacaran və talelərilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.

Məlumatların kimlər tərəfindən yayılmasına gəlincə, H.Abutalıbov bunları deyib:

“Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq. Sizə də yüksək səviyyədə xoşbəxt həyat, sağlamlıq, ürəyinizdə olanların çin olmasını arzulayıram”.

635x100

Şərhlər

Elçin 2017-11-16 12:29:16

Qoçu əsgər demişkən Həzarət! Hacıbalanı qınamayın, bu kişi işini bilir, Fatmanisa kimi fal şousu oynayır...

dadaşyev 2017-11-16 12:29:16

Yaxşı ki,eradan qabaq üçyüzüncü illərdə bu tipli məddahlar olmayıb Yunanıstanda.Yoxsa Makedoniyalı İsgəndər baş götürüb qaçardı Afinadan ki,a balam qoyun bir Misirdən Hindistana qədər tutum,o vaxtın ən böyük imperiyası olan Əhəməni imperiyasını çökdürüm,o vaxtkı dünyanın üçdən birini bapbalaca makedonlara verim,sonra yaltaqlanın da.Hələ heç bir qarış da torpaq almamış nə məni belə böyütmüsünüz?Amma görün yaltaqlar nə qədər az imiş ki,o boyda torpaq işğalından sonra da sadəcə Böyük İsgəndər dedilər.O kadar.

************ 2017-11-16 12:29:16

Gözlənilməz oldu,ay brat. Vurgu işarəsini düz qoymamısan, yenə ....))))))

pıs-pısa 2017-11-16 12:29:16

Ulu öndərlə görüşə gedəndə Azərbaycan "AİD"-nin şahı - ŞEYXİ-Çexiyanın güclü biznezmenini də özü ilə götürmüşdü görəsən?? P.S. Axı o tərəfdən hələ qayıdan olmayıb axı, ay ginekoloq-arxeoloq!!!

t.ədalət 2017-11-16 12:29:16

Hacıbala Abutalıbovun çıxışı,bu adamın vəzifə başında dayana bilməməsinə dəlalət edir.Özü etiraf edir ki,yolu oyanadır.Allah təqsiratından keçsin.O ki qaldı kiminsə ondan yazmasına,elə bilirəm ki,"dostları" olacaq.Başqa kiminsə Hacıbala haqqında düşünməsi belə söz konusu ola bilməz.Onun yadda qalası bir əməli yoxdur.

*********** 2017-11-16 12:29:16

.....“şeytana da sağlam və xoşbəxt həyat diləyirəm”.....)))) dostunu mənə göstər, sənin kim olduğunu deyim....))))

dadaşyev 2017-11-16 12:29:16

Mən ölüm,elə müdrik bir sənsən bir də mən.

kohne 2017-11-16 12:29:16

Hacibalaya her shey olar...

naxçıvanlı 2017-11-16 12:29:16

Adam, bu cür sərsəm çıxışları oxuyanda, Sankt-Peterburqda yerləşən Aleksandrovski xəstəxanasının narkologiya və psixoterapiya kafedrasının müdiri, profosser Sotnikovun necə yüksək peşəkarlıqla diaqnoz qoymasına heyran olur. Paranoidal-şizofreniya elə bir xəstəlikdir ki, onu gizlətmək mümkün deyil.

dadaşyev 2017-11-16 12:29:16

1944-cü il mayın 13-də Qafqaz dağlarında qəzaya uğramış yadplanetlilərin kosmik gəmisindən salamat qalıb qocalmış cin.

REDAKTOR 2017-11-16 12:29:16

HACİBALA MUƏLLİM SƏXSƏN MƏN KİMƏ ARZU EDƏNDƏ HƏMİSƏ ONUN URƏYİNDƏN KECƏN YAXSİ ARZULARİN CİM OLMASİNİ ARZULAYİRAM. ...

dadaşyev 2017-11-16 12:29:16

Bu əsrin sonunda nəvə-nəticələrimiz bu adamın heykəlini qoyacaqlar Baksovetlə üzbəüz......cəmisi 60-70 illik ömrü yaltaqlanaraq yaşamağa dəyməz.

ALİ 2017-11-16 12:29:16

KEÇƏN VAXTLARDA BUNU İŞDƏN ÇİXARMAQ İSTƏYƏNDƏ DEMİŞDİ Kİ İŞDƏN ÇIXAN KİMİ GEDİB ULU ÖNDƏRİN QƏBRİNİN ÜSTÜNDƏ QAROVULCU DURACAM.RƏHBƏRLİK DƏ BAXDİ Kİ ƏŞİ BU .... NƏ DESƏN ÇİXAR DEDİYİN ELİYƏR BİZİ BİABİR EDƏR DƏYMƏYİN QOY FİRRANSİN İŞİ BİR AZ FİRİQ OLAN KİMİ QAÇİR O QƏBRİN ÜSTÜNƏ. MARAQLİDIR QZÜDƏ İLLƏRNƏN JURNALİSTLƏRİN TAPA BİLMƏDİYİ HACİBALANİN YANINDA NƏDƏNSƏ.... SRAZI YURNALİST OLUR E..AY SƏNİ VAY SƏNİ HACİBALA.HEC KİMİN AGLİNA GƏLMƏYƏN VƏ ÖZÜNƏ LAYİB BİLMƏDİYİ TRYUKLAR HƏMİŞƏ SƏNİN AGLİNA GƏLİR

adil 2017-11-16 12:29:16

... VƏ UZUN MÜDDƏT DƏ BU VƏZİFƏDƏ QALMAGİNİN SƏBƏBİ DƏ SİNAQDAN UGURLA ÇİXARDIGI BU ... MƏN HƏQİQƏTƏN BUNUN ULU ÖNDƏRİ SƏMİMİ QƏLBDƏN SEVDİYİNƏ SƏMİMİ QƏLBDƏN İNANMİRAM.

o.b.n 2017-11-16 12:29:16

Hamı şeytana lənət deyir.Ancaq bunun şeytana canı yanır yəqin şeytanın köməyi dəyib.

cəngərlik sakini 2017-11-16 12:29:16

YAZIQ,DÜNYA MALINA GÖRƏ HƏYATINI ....KEÇİRDİ.

dadaşyev 2017-11-16 12:29:16

.... bu,Baksovet dilində "Nolar,qulunuz olum,ayağınızın altına yatım,məni gələn il də bu vəzifədə saxlayın daa" deməkdir.Ayıbdu adə,camaat şir-pələng saxlayır,nədü adə bu?Yekə kişisən,saçuva-saqqaluva hörmət elə sən əzizlərivin goru.Bu gün-sabah obiri məkana gedəcəksən,vallah üzünə baxan olmayacaq ............

Bashirov Qarib 2017-11-16 12:29:16

Chox guclu shexsiyyetdir.Qocalmasaydi..

dadaşyev 2017-11-16 12:29:16

İsa peyğəmbərə birisi "Ey müqəddəs" deyəndə İsa peyğəmbər onu qınayır ki,niyə mənə müqəddəs deyirsən,bilmirsənmi müqəddəs olan yalnız Allahdır?

G.M 2017-11-16 12:29:16

Mən də istərdim ki,H.Abutalıbovun var-dövləti qədər pul-param olsun..Ancaq onun həyat yolunu,vərdiş elədiyi ünsiyyət formalarını heç nə özümə,nə də hörmət elədiyim insanlara arzulamıram.

Azəri 2017-11-16 12:29:16

MARAQLIDIR?

Zaza 2017-11-16 12:29:16

Qebri ziyaret etmek o dunyada olanla gorusmek deyil bes nedir? Mer diz deyir.Gorusub lakin ele gorusler adi gorusler kimi bas vermir..Dunyasini deyisen bilir kimler onu ziyaret edir, hetta qeybetin edende soyende de xeberdar olurlar.Ne isteyirsiz Merden? Insan hec vaxt olmur, sadece basqa temiz pak, temenasiz ebedi dunyaya kocur insanlar. Eyer QURANA inanirsinizsa

oxucu 2017-11-16 12:29:16

Görmürlərmi bu adam əməlli başlı xəstədir.üz-gözündən bəllidir.Sayıqlayır elə bil o özü gedın deyil heç vaxtı.yola salmaq lazımdır.

dadaşyev 2017-11-16 12:29:16

Deyirlər "Cin mikrorayonda" kinosunun ardını çəkirlər."Cin Baksovetdə".

miri 2017-11-16 12:29:16

Bu nə danişir? Şeytan, mələk, ölü undar,çin, müqəddəs insan...? Deyəsən kişi qiyafəli tam "yetişib".

Vətən OĞLU 2017-11-16 12:29:16

“Kimliyindən asılı olmayaraq, gəlin, hamımız bir yerdə bizə alın yazısı kimi verilmiş tale ilə razılaşıb, xoşbəxt olmağı bacaraq.====razılaşmayıb nə edə bilərsən ki? bax buna deyərlər havanı güclü silkələmək

dadaşyev 2017-11-16 12:29:16

Bu bədbəxtin yaltaqlanmasından xoşhallanan bir qrup nadinc var,elə ki yenə xoşhallanmaq istədilər,panika buraxırlar ki bu dəfə səni sözsüz çıxaracaqlar işdən,məlumat dəqiq mənbədəndi.Bu qadasın aldığım da dəhşətə gəlib ağlına nə gəlsə danışır.Gör hələ ictimaiyyətə utanmadan beləcə yaşına yaraşmayan sözlər danışır,cəmiyyətdə qınaq hissi donub deyə,başqa məqamlarda nələr deyir...Deyilənə görə hər cibində bir dəsmal gəzdirir.İstəyir o dünyada soruşanda ki,hardan gəlirsən,desin Baksovetdən.

Vətəndaş 2017-11-16 12:29:16

El arasında arabir yaxşı bir söz işlədilir: "Ağıllı olub dəlinin dərdini çəkib dərd-sərə düşməkdənsə, gərək dəli olasan ki, ağıllılar sənin dərdini çəksin".

BAKILI 2017-11-16 12:29:16

Baxin Bakiya kim rehberlik edir

TƏZƏ OXUCU 2017-11-16 12:29:16

AYIBDİR VALLAH BU BOYDA ŞƏHƏRİN MERİ GÖRÜN ÖZÜNÜ NECƏ APARIR BİLMİRSƏN DƏLİDİ YOXSA ÖZÜNÜ DƏLİLİYƏ QOYUR. BUNA NİYƏ BİR ƏNCAM ÇƏKMİRLƏR.GÖNDƏRSİNLƏR QOY GEDİB İSTİRAHƏT ELƏSİN DƏ YAZIQDIR NƏ QƏDƏR İŞLƏMƏK OLAR.

Aydın 2017-11-16 12:29:16

Bu nə səyaqlıyır? ... düşüblər bu bəbəxt millətin canına söküb talayırlar. ..

kohne 2017-11-16 12:29:16

Ele qalaydin rehmetliyin yaninda.Qullugunda duraydin.

dadaşyev 2017-11-16 12:29:16

Adam kritik məqamlar yaxınlaşanda vəzifədə qalmaq üçün elə kədərli sifət ala bilir ki,sanki bayram konsertidi, bu da Ağadadaş,indicə o məşhur mahnısını oxuyacaq içini çəkə-çəkə.

Son yazılar