Azərbaycanda zəlzələnin yaratdığı fəsadlar - FOTOLAR

Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır.

Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb.

Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev APA-ya deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.

[gallery columns="5" size="full" ids="370846,370847,370848,370849,370850,370851,370852,370853,370854,370855,370856,370857,370858,370859"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar