ELDAR MAHMUDOVUN EVİNDƏ GÖZLƏNİLMƏZ QONAQLAR - VİDEO + Foto

 

Eldar-villaİllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdur-red.) yollanıblar.

"AzPolitika.info" xəbər verir ki, bu barədə cebhe.info-ya şikayətçilərin özləri məlumat verib.

Şikayətçilərin dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona görə illərdir çəkdikləri əzabın hesabını sormaq olub: "Həyat yoldaşım Qüvvətəli Süleymanov Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. 5 ildir ki, həyat yoldaşımın azad olunması üçün döymədiyim qapı, müracət etmədiyim qurum qalmayıb. İndi Eldar Mahmudov cavab versin... Onunla görüşmək üçün bağ evinə getdik. İşığı yanırdı və evində adamlar var idi. Bağban Eldar Mahmudovun evdə olmadığını desə də, inandırıcı gəlmədi. Evinin ətrafında xeyli gözlədik ki, bəlkə evdən çıxar və ya ora gələr. Onu görə bilməsək də, tanış olması üçün qapıya məktub buraxdıq. Yoldaşım neçə illərdir ki, həbsdə əzab-əziyyət çəkir. Mən isə Bakı Dövlət Universitetinin müəllimi yaşaya bilmirəm...”

Elmidar İsmayılovun iddiasına görə, Eldar Mahmudov onu və ailəsini məhv edib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb: "Həyatımız məhv olub, çox çarəsiz durumdayıq. Bilmirik hara gedək. Hara müraciət ediriksə, deyirlər ki, gedin sifarişçinin özünə şikayətinizi deyin”.

Şikayətçilər Eldar Mahmudovla görüşə bilməsələr də, evinin qarşısında etirazlarını bildirib, əllərində "Eldar Mahmudov, məhv etdiyin həyatı geri qaytar!”, "Eldar Mahmudov "kilkə”lər ərim Süleymanov Qüvvətəlini uddu. Onu həbsdən indi özün azad et!” yazılan plakatlar tutublar.

635x100

Şərhlər

G.M 2017-11-16 20:24:33

Eldar Mahmudova mənəvi işgəncə verirlər.Sübut eliyirlər ki,Məmurluğunu gözə soxan hər bir İH Başçısını,Naziri,Məmuru bu həyat gözlüyür.Addımında shvə yol verən Hər bir səlahiyyət sahibi olan karrupsaner bu mənzərəni öz üzərində hiss edəcək...

omer 2017-11-16 20:24:33

Bu Quvveteli muellim neci imiw,ne iwle mewgul olub.

Qerib 2017-11-16 20:24:33

Bu komediyani na vaxt biterejeksiz ? Bu gunr geder hardaiydiz ? Baltaniz hani ?

emin 2017-11-16 20:24:33

bu collukde eldarin evi ne gezirki? iki dene qotur gedib zeytun yigmaga

Faktın Arqumenti 2017-11-16 20:24:33

Bakı SSRİ kimi işini Kremllə "görür", nəğd də ödəyir. Uzaq KİV döyükdü ki, xalqın neft milyardları nədən geri-Avropaya qayıdır? Sualı "yaxın ətraf", rəqib "krışa"lar həll edir. MTN və BB 2005-ci ildən özbaşına korruysiya və maliyyə əməlləri ilə məşğulmuş? "Aprel qalibi" dövlət baş Qarabağ problemi ilə məşğuldur. Vaşinqton və Kremlə də minnət edib. Şöhrət Bakısı (Bağdad, Madrid kimi) Qarabağ probelini hüquqən özü həll etmək iqtidarında deyil. Bəs, milyardlarla uzun "şərəf yolu" necə olsun?

Hüquqçu 2017-11-16 20:24:33

Məqalənin mətnindən görünür ki, "Sevda xanım Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov sifariş əsasında müvafiq tarixdə 5 ildir qeyri-qanuni həbs olunub". Başa düşülməlidir ki, şəxsin həbs olunması üçün işin istintaqını aparan müstəntiq vəsatətlə Baş Prokurorluğun müvafiq idarəsinə müraciət edir və prokuror da müvafiq qaydada təqdimatla məhkəməyə müraciət edir, məhkəmə də şəxsin həbs olunması barədə qərar qəbul edir. Əgər şəxs həmin qərarı əsassız hesab edirsə yuxarı məhkəmə orqanlarına müraciət etmək hüququ var. Daha burda özünə əziyyət verib başqa hər hansı adamın üzərinə getmək, hücum çəkmək və sair əsassız boş şeydir. Hakimlər qərar qəbul edəndə də müstəqildir və Qanuna tabedir, onlara kənar şəxslərin təsir etməsi qeyri-mümkündür.

emin 2017-11-16 20:24:33

2dene dilgir zeytun yigmaga gedib ora .bunuda xeber eleyib verirsiz

REDAKTOR 2017-11-16 20:24:33

BAKİ SƏLYAN YOLUNUN SİX CİMƏRLİYİNDƏ AVTOBUS DAYANACAĞİ NƏ VAXTDAN ELDAR MAHMUDOVUN BAĞ QAPİSİ OLUB? İKİNCİSİ DƏ Kİ ELƏ AZADLİQ İSDƏYİRSƏN SƏNİ BASA SALANLARA DE Kİ APARSİNLAR ALİ MƏHKƏMƏNİN QAPİSİNA AY BİNAVALAR. HƏBSDƏN AZAD EDİLMƏSİNİN SƏLAHİYYƏTİ YALNİZ MƏHKƏMƏLƏRƏ AİDDİR. BU USULLA ANCAQ QİSİ KECİRƏ BİLƏCƏK QƏPİK QURUS ƏLDƏ EDƏ BİLƏRSƏN AZADLİQ YOX...

Son yazılar