«ABŞ Suriyada terrorçuluqla mübarizə aparmır» - Türkiyə Baş nazirinin müavini

Vaşinqtonun razılığı ilə İŞİD qruplaşması döyüşçülərinin PYD terrorçu dəstələri ilə danışılmış qaydada, Rakkadan geri çəkilməsini şərh edərkən, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyada terrorçuluqla mübarizə aparmır.

Bundan əvvəl Britaniyanın ABŞ koalisiyası tərəfindən dəstəklənən «Bi-bi-ci» telekorporasiyası xəbər vermişdi ki, PYD Rakkadan İŞİD-in 250 döyüşçüsünün geri çəkilməsini təmin edib.

Bundan da əvvəl Suriyanın BMT-dəki daimi nümayəndəliyi xəbər vermişdi ki, ABŞ-n başçılıq etdiyi koalisiya İŞİD döyüşçülərinin Rakka - Dər-əz-Zorun azad olunması əməliyyətlərı zamanı geri çəkilməsini təmin edib. Uyğun məzmunlu məktub BMT Baş katibinə və TŞ-nın sədrinə göndərilib.

«Terrorçularla heç bir açıq mübarizədən söhbət getmir. Əks halda, Vaşinqton bir terrorçu dəstə ilə mübarizə apardığı halda, digəri ilə əməkdaşlıq etməzdi. Bu, ağılasığmazdır, fəqət faktdır. Əgər söhbət terrorçularla real mübarizədən getsəydi, o zaman ABŞ daha güclü tərəflə, məsələn, Türkiyə ilə əməkdaşlıq edərdi» - deyə, «Anadolu» agentliyi Bozdağdan sitat gətirir.

O, əlavə edib ki, Rakka əməliyyatının gedişi zamanı Suriya kürdləri ilə İŞİD arasında saziş ABŞ-n razılığı şəraitində baş tutub.

Türkiyə, Suriyanın kPYD-nii terrorçu PKK ilə əlaqəli terrorçu qruplaşma hesab edir.

Bundan əvvəl, KİV-lər dəfələrlə xəbər vermişdilər ki, İÇİD adlandırılan qruplaşmanı məhz ABŞ özü yaradıb və silahlandırır - məşhur Əl-Qaidədən sonra...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar