"PUTİN QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ÜMİDLİ DEYİL" - Ərdoğan

"Məncə, bu, tərəflər arasındakı münasibətlərlə əlaqədardır"

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərinin yekunlarını şərh edib. APA-nın “star.com.tr”-ə istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunun da müzakirə edildiyini bildirib.

“Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, - deyə R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə baş tutub. Noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb.

Bu arada Rusiyanın “Kommersant” qəzeti də yazıb ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin yenidən nəzərəçarpacaq dərəcədə fəallaşsa da, sülh razılaşması hələ birmənalı şəkildə çox uzaqdır: "Hələlik isə tərəflər bir sıra işçi təklifləri, habelə onların mümkün keyfiyyət və zaman göstəricilərini müzakirə edirlər”-qəzet yazır.

“Kommersant” bildirib ki, indiki işçi təkliflər Madrid prinsiplərinin modernizə edilmiş versiyasından ibarətdir.

“Qarabağ məsələsi kürd və Yaxın Şərq münaqişələri kimi prinsipcə həlli mümkün olmayan münaqişədir”-bunu qəzetə açıqlamasında “Sivilzasiyalar dialoqu” İnstitutunun rəhbəri Aleksey Malaşenko deyir.

“Biz hansısa ümumi yanaşmalar tapıb bunlar barədə danışa bilərik. Lakin Madrid prinsipləri Qarabağ məsələsinin necə həll edilməli olduğunu göstərir. Azərbaycan Qarabağın müstəqilliyini tanımaqdan nə qədər ki, imtina edir, heç bir həll mümkün deyil. Ermənistan isə öz növbəsində Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını qəbul etmir. Bununla belə Azərbaycan və Ermənistan bundan sonra da danışıqlar prosesi ilə oynayacaq, çünki bu, daxili konsolidasiya məsələsidir”-Malaşenko vurğulayıb.

“Strateji kommunikasiyalar” Bürosunun direktor müavini Yevsey Vaslyev isə “Russia Today”a şərhində deyib ki, Lavrovun Bakıya və İrəvana səfərindən heç nə gözləmək lazım deyil. “Çünki Rusiya diplomatiyasının hazırkı səyləri status-kvonun saxlanılmasına yönəldilib, hansı ki, status-kvonu saxlamaq göründüyündən daha ağırdır”-o deyir.

635x100

Şərhlər

Murad 2017-11-17 15:13:35

Putin Azerbaycana DAIMA TEZYIQ ETMEK UCHUN Daqliq Qarabaq probleminin HELLINI ISTEMIR. Azerbaycan ile "DANISHIQLAR" - da ishtirak etmek - ishqalchi Ermenistanin VAXTI UZATMAQ ve ALDADICI IMITASIYA OYUNUDUR, bu HIYLEGER OYUNA, ermeni tulkusu Lavrov rehberlik edir. Azerbaycanin hakimiyyeti CESARETLI QERAR QEBUL ETMELIDIR ve Ordu, ermeni ishqalindan AZAD ETMELIDIR Daqliq Qarabaqi ve etraf 7 rayonlari. Ermeniler ile "DANISHIQLAR" YALNIZ SILAH GUCU ile mumkundur.

asim 2017-11-17 15:13:35

Düşmənin əlinə vürsət düşməməsi üçün birinci olaraq Azərbaycanın deputatxanası Bişkek protokolunu ləğv etməlidir.

ayrim 2017-11-17 15:13:35

kim umudlidur ki ay qadan alim putun qağada umidli olsun...

keçici qırmızı bayraqlar 2017-11-17 15:13:35

Abi, urus o torpaqları almayıb ki qaytarsın. ...məmurlar cammatın qulaqlarından lapşa asıb bu millətin haqqını basıb yeyirlər!! P.S. Sual olunur: Bəs "Lazım müəllim" nə vaxt gələcək??!!

dadaşyev 2017-11-17 15:13:35

İşlər onsuz da buna doğru getməliydi.O qədər də təəccüblənmədik yəni.

G.M 2017-11-17 15:13:35

Sayın Ərdoğan Putin Qarabağ məsələsinin həllində maraqlı deyil..çünki,SSRİ-nin dağıdılmasında qarbaçovla bərabər ``tər tökmüş`` erməni lobbisinin Vaşinktondakı və Kremildəki nümayəndələri buna razı deyil.

avam şofer 2017-11-17 15:13:35

Qarabağ probleminin hәlli imperialar hәll edir.Onlar öz aralarında bölğü aparırlar

t.ədalət 2017-11-17 15:13:35

Vəziyyətin belə hal alması göstərir ki,Dağlıq Qarabag problemi bizim ermənilərlə yox,rusiya ilə aramızda olan problemdir.rusiya bu problemin çözülməsinə birbaşa mane olur,hətta maraqlı tərəf kimi faş olmasından belə çəkinmir.Ona görə də biz bu problemi yaradan və onu dəstəkləyən rusiyanı gündəmə gətirməliyik.İndi rusiyanı dəstəkləyənlər bilməlidirlər ki,rusiya üçün dost yoxdur,o istədiyi vaxt dostunu unuda, "iy gəlməsin deyə ikonanı belə divardan götürüb qarşokun agzına qoya bilər."

Son yazılar