"BİRCƏ BU MİLLƏTƏ DƏYMƏYİN..." - Vahid Əhmədov

"Düz 10 ildir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Çünki bazarda inhisarçılıq mövcuddur".

"Report" xəbər verir ki, bunu Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Bakıda keçirilən tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınlar kişilərdən daha çox hüquqa malikdir: "Hazırda qadınlar bizdən daha çox hüquqa malikdir. Mən həmişə demişəm ki, millətimiz işgüzardır. Bircə bu millətə dəyməyin, işləsinlər, vergilərini ödəsinlər. Sizi əmin edirəm ki, belə olsa, ölkədə qiymətlər indikindən 2 dəfə ucuz olar".

Deputat deyib ki, dövlət büdcəsininin müzakirəsi üçün qeyri-hökumət təşkilatları da cəlb edilə bilər: "6-7 il öncə biz müxtəlif ictimai təşkilatları büdcə müzakirəsinə dəvət edirdik. İndi də elə olmalıdır. Budcəni daha geniş kütlə ilə müzakirə edək".

635x100

Şərhlər

miri 2017-11-17 12:14:39

25 ildir hami "millətə dəyməyin" istəyir.Amma, ğəlin fikirləşək: işi -ğücü ancaq "millətə dəymək" haqqında fikirləşənlər bunu edərmi?

ILQAR 2017-11-17 12:14:39

HARDADI O LAZIM KISI

G.M 2017-11-17 12:14:39

Çoox hörmətli Vahid məllim,ğzünüzə əziyyət,filan verməyin 2018 -ci ildə ``sular durulacaq``.Təsadüfi məmurlar,qabiliyyətsiz ,möhtəkir ,monopolist nazirlər ya vəzifələriylə vidalaşacaqlar,ya da E.Mahmudovun həyatını yaşamağa məhkum olacaqlar.Bax onda Xalq öz işinin öhtəsindən siz dediyiniz kimi gələcəklər.

t.ədalət 2017-11-17 12:14:39

İş adamlarının dediyinə görə bu gün vergi məmurları dövlət vergisindən əlavə öz "vergilərini" də vətəndaşların belinə yükləyirlər.Yəni,hər kəs təmiz gəlirlərinin 50 faizini "reket müfəttiş"lərə verməlidir.Elə buna görədir ki,vergi orqanlarına işə qəbul 150-200 min manat rüşvətə hesablanıb.Pulu verə bilmirsənsə,imtahandan keçsən də ehtiyat kadrlar siyahısılnda qalacaqsan.

pensioner 2017-11-17 12:14:39

Vahid müəllim düz demir.Necə yəni Rəqabət Məcəlləsini qəbul edə bilmirik. Lazım olanda biz-Vahid müəllimin iştirakı ilə dəfələrlə Konstitusiyanı dəyişmiçik.Deməli rəqabət məsələsi lazım deyil."Lazım kişi" vaxtı çatanda gəlib sözünü deyəcək

Azərbaycanlı 2017-11-17 12:14:39

Ay vahid müəllim, bu 20-25 ildə təmiz ( erməni və başqaları ilə qarışıqlar yox ) azərbaycan millətinin bir quru nəfəsdən başqa nəyi qalıb ki,dəyməsinlər.İş yox,pensiyalar,müavinətlər dondurulub,hər şeyin (ərzaq,sənaye malları,arayış,icazə və bu kimi ) qiymətləri günbəgün katostrafik yüksəlir. Bunu hakimiyyətdə görən yoxdur.Tək qalan nəfəs də intiharlarla, psixoloji durumun pisləşməsi ilə getdikcə kəsilir.Allah qorysyn!

Vahid Axundova 2017-11-17 12:14:39

Sanki Vahid müəllim başqa planetdə oturub.DEyir bazarda inhisarçılıq mövcuddur. Əgər mövcuddursa bəs dövlət,hüquq-mühafizə orqanları haradadır? Azərbaycanda həddən artıq nəzarət-vergi,polis,prokurorluq.Milli Məclisin bir sürü deputatları,o bayda dövlət aparatı məgər fəaliyyətsizdirlər? Əgər belə hal varsa ( gömrükdə,vergidə.import-eksport əməliyyatlarında və s.)Bu quruluşlar , orqanlar niyə ölçü götürmürlər? Deməli ya icazəlidir,ya da yetkili şəxslərin bayrağı altındadırlar.Mİllət isə zorla nəfəs alır.

Son yazılar