Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi - MTRŞ nə düşünür?..

Dünən “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın atdığı addım cəmiyyətdə birmənalı qarşılanmayıb.

Belə ki, aparıcı Z.Kamal oğlan evinin istəyilə rayonlardan birində yaşayan 15 yaşlı qıza elçi düşüb. Elçilik prosesini həyata keçirən aparıcı bir neçə tanınmış şəxsi də özü ilə aparıb. Təbii ki, tənqid olunan məsələ elçilik deyil. Tənqid hədəfinə tuş gələn məsələ 15 yaşlı qızın nikaha cəlb edilməsinin təbliğidir.

Hazırda orta məktəblərdən tutmuş Milli Məclisə qədər erkən nikahların qarşısının alınması istiqamətində işlər həyata keçirildiyi halda, telekanalda belə bir hadisənin yayımlanması nə dərəcədə etikdir?

Buna Milli Teleradio Şurası (MTRŞ) necə baxır?

Verilişin aparıcısı ilə bağlı hər hansı tədbir görüləcəkmi?

MTRŞ-nın sədr müavini Qafar Cəbiyevin Modern.az əməkdaşının sualına reaksiyası belə olub.

“Dediyiniz məsələ ilə bağlı hər hansı bir addım atılanda siz də biləcəksiz. İndi əlavə nəsə deyə bilmərəm”.

635x100

Şərhlər

ilqar 2017-11-17 12:59:35

sonu olmayan bir m..... inanin

Ehmed 2017-11-17 12:59:35

MTRW-ne deyeceyi menimcun oqeder onemli deyil, с zauromda все ясно, menu sirkeleyen o iri capli iki wexsin zaurcikin dalina duwub elciliye getmesidir.

Kapitan NEMO 2017-11-17 12:59:35

Buna nə ad vermək olar? Sadəcə sırtıqlıq,qammazlıq(15-16yaş) Görün bu televiziya "nələri" hara əl atırlar.Hələ bir utanmadan qapıya da gedirlər. Bəlkə özlərinə bir elci taparlar... ..

Galib 2017-11-17 12:59:35

Pul,pul,pul .....Gazanc .....

Son yazılar