AZƏRBAYCANDA BENZİN YENİDƏN BAHALAŞDI - Yeni qiymətlər

Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb.Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,251,50 manata çatıb.

Qeyd edək ki, hər iki markadan olan benzin ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağında bahalaşma gözlənilmir.

Bundan öncə xəbər verdiyimiz kimi, Azərbaycanda "Aİ-98” (“Super") markalı benzinin satışı dayandırılıb. Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, fasilə təxminən 1 ay davam edəcək: “Artıq yanacaq sifariş verilib. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək".

Ü. Həbibbəyli bildirib ki, "Aİ-98 Super" markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, "Aİ-98 Super" markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar "Aİ-98” (“Super") markalı benzinə tələbat artıb.

635x100

Şərhlər

G.M 2017-11-18 00:34:54

Benizinin qiyməti qalxmaqda,insanların güzaranları enməkdə yaltaqların sıraları genişlənməkdə davam edir.

dadaşyev 2017-11-18 00:34:54

A balam,dünən Xorvatiyanın "Qəbələ"dəki oyunçusu deyəndə ki,Azərbaycanda benzin ucuzdu,şərh yazdım ki,bu məqalədən benzinin bahalaşması ətri gəlir.Vermədilər o şərhi.Versələr görərlər ki,yalan demirəm.Çünki futbolçu futbolu qoyub benzindən bir cümlə deyirsə və ya ona söylətdirilirsə demək torbada pişik var,ictimai rəyi hazırlayırlar.Amma mən ölüm,bunca tez artırılacağını güman etməzdim.

Premium 2017-11-18 00:34:54

Dollar 1.92 qalxanda premium benzinini 90 qepikden 1.15 e qaldirdilarki dollarla aliriq dollarda qalxib mecburuq yaxsi bunu basa dusduk.bes indi ne oldu dollarda dusdu 1.70 e endirmek evezine tezeden premium super markali benzin qalxdi.yeqinki bir muddetden sonra 92 de qalxacaq

AAgahuseyn 2017-11-18 00:34:54

G.M-ə Qadan alım gənc dövlətik ona ğörə ....

ILQAR 2017-11-18 00:34:54

G.M COX DUZ DEYIRSINIZ

zaur 2017-11-18 00:34:54

hökümət deyilən şey pensiyanın sığorta hissəsini qaldırıb camaatı sevindirmişdi ala bu da .......

xoşgedəm 2017-11-18 00:34:54

xoşun gəlmir cıx get burdan...

dadaşyev 2017-11-18 00:34:54

Benzin bahadı,çünki benzindən qabaq ət bahadı..ə..

ali 2017-11-18 00:34:54

Əzrayil gəlir birinin canin almaga.Adam əzrayila deyir ki alə mən sənimərifətli qanacaqli birisi bilirdim niyə gələndə qabaqcadan xəbər eləmədin? Əzrayil bu adama cavab verir ki alə qonşularinda necə adamin canini almişam daha sənə nətər xəbər verməliydim.İndi bu bizim haturalni ƏZRAYİLLARİMİZ bir seyin qiymətin qaldidmamişdan o SEYİN ətrafindakilarin qiymətin qaldirirlar ki görək millət nə reaksiya verəcək.YƏNİ ƏVVƏL 95 98 səs çixmasa mütləq 92-93 əlhəmdürüllah qalxacaq.Heç bir səs də çıxmayacaq.

Son yazılar