Polşa Avropanı Rusiya qazından imtinaya çağırır!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Varşava digər dövlətləri də Rusiya qazından imtina etməyə çağırır. Bu barədə Polşa radiosuna ölkənin xarici işlər naziri Vitold Vaşikovski bəyan edib.

O, təsdiqləyib ki, respublika Pusiya qazının alınması üçün 2022-ci ildə sona çatacaq kontraktın vaxtını uzatmayacaq.

«Bundan əlavə, biz, digər dövlətləri, məsələn, Xorvatiyanı da inandırırıq ki, o, Adriatikada qaz terminalı tiksin. Terminal Avropanın bu hissəsini digər dövlətlərdən verilən qazla təmin edə bilər» - nazr qeyd edib.

Vaşikovski əlavə edib ki, Varşava bu məsələ üzrə Birləşmiş Ştatlarla texniki əməkdaşlıq proqramı qəbul edib.

Polşa il ərzində 15 milyard kubmetrə yaxın qaz istehlak edir. Bunun 10 milyard kubmetrini «Qazprom» verir.

2015-ci ildə isə Svinouysts şəhərində gücü ildə 5 milyard kubmetr təşkil edən «SPQ-terminal»ı işə buraxılıb. Bundan bir qədər sonra Varşava bəyan edib ki, Polşanı Norveç şelfi ilə birləşdirən bu terminal ölkəni «şərqdən gələn» qazın asılılından qurtaracaq.

Prezident Anjey Duda qeyd edib ki, bu ərazidən sıxılmış Amerika qazı Mərkəzi və Şərqi Avropaya ötürülə bilər. Məsələ Duda ilə Tramp arasında iyulda keçirilmiş danışıqlarda müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar