Sabaha olan hava proqnozu

rainy_autumn_lights_fall_nature_evening_hd-wallpaper-1834540Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 14-17, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar