"BU MƏKTƏBDƏ ÇİRKİN OYUNLAR BAŞ VERİR... " - Direktordan əxlaqsız təklif aldığını deyən müəllimədən ŞOK iddialar + VİDEO - Fotolar

"Günorta saat 2-dən sonra məktəbdə həmin qapı bağlanırdı və direktor Allahverdi Vəliyev orada..."

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi  internat məktəbində direktorla müəllim arasında baş vermiş qalmaqal son günlər mediada ən çox müzakirə olunan mövzulardan biridir. Qeyd edək ki, həmin məktəbin müəlliməsi Gülnar Ələsgərova bu yaxınlarda mətbuata çıxaraq, direktor A.Vəliyev tərəfindən əxlaqsız təklif aldığı və təklifi rədd etdiyi üçün işdən çıxarıldığını iddia edib.

Bundan əlavə G.Ələsgərova məktəbdə bir çox xoşagəlməz halların və hətta qanunsuzluqların baş verdiyini bəyan edib.  O, məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini, xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edildiyini bildirib. Hətta əlində bunları təsdiqləyən videoların, fotoşəkillərin olduğunu söyləyib. Bunların bəzilərini artıq mətbuatda paylaşıb da.

Bununla bağlı açıqlama verən məktəbin direktoru iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını bildirib. O, APA.tv-yə açıqlamasında Gülnar Ələsgərovanın əvvəllər işlədiyi müəssisədə də qalmaqallarla yadda qaldığını, məhkəmə çəkişmələrindən çıxdığını iddia edib: "Orada direktorun üstünə hücum çəkib, direktoru döyüb. Direktora şər atıb ki, 5000 pul vermişəm, o pulu qaytarmalısan. Məhkəmə çəkişmələrindən sonra onun işdən azad edilməsi, həbsi gözlənildiyi bir vaxtda yenə bizim Təhsil Nazirliyi humanistlik göstərərək, onun himayəsindəki 3 uşağı nəzərə alıb və köçürmə yolu ilə bizim məktəbimizə göndərib. Bizim məktəbə 2016-cı ildə gəlib. Sentyabr ayında öz hesabına məzuniyyət götürməklə işdə olmayıb. Sentyabr ayından fəaliyyətə başladığı dövrdən xanım demək olar ki, itaətsizlik edir, əmək intizamına əməl etmir".

Allahverdi Vəliyev Gülnar Ələsgərovnın baş tərbiyəçi olmaq istədiyini, bunun da kollektivdə narazılığa səbəb olduğunu iddia edib: "Belə iddialarla kollektivdə iş prosesindən başqa bütün işlərə başı qarışırdı. O yerə çatdı ki, kollektiv kütləvi şəkildə yığışaraq mənim adıma, cənab nazirin adına ərizə yazdılar ki, o xanım bu məktəbdən uzaqlaşdırılsın".

Sinif otaqlarını məktəbdə təhsil alan əqli qüsurlu uşaqlara təmizlədildiyinə dair videoların isə, məktəb direktoru, qurama olduğunu deyib: "Bir az qabaq siz də gördünüz, uşaqlar gəldi, uşaqların əlindən müəllimlər tutub aparırdı. Uşaqlar yeməkdən qayıdan an uşaqların birinə özü verib süpürgəni. Çünki xadimə həmin an oranı təmizləyirmiş, həmin anı özü quraşdırıb çəkib".

O, Gülnar Ələsgərovanın Pedaqoji Şuranın və internat məktəbinin Həmkarlar Komitəsinin qərarları ilə işdən azad edildiyini iddia edib. Qərarda əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə, etik qaydalara zidd hərəkətlər etdiyinə, üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Gülnar Ələsgərova ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi qeyd edilib.

Məktəbin direktorunun bu iddialarını cavablandırmaq üçün "AzPolitika.info"nun redaksiyasında olan Gülnar Ələsgərova Allahverdi Vəliyevin ona  böhtan atdığını bildirdi. O, əvvəl işlədiyi 4 saylı internat məktəbindən çıxmasının səbəbinin hər ay maaşından qanunsuz olaraq  50 manat tutulmasına etiraz etməsilə bağlı olduğunu deyib. Bununla bağlı Təhsil Nazirliyinə və digər orqanlara şikayət yazdığı üçün direktorla aralarında mübahisə yarandığını, hətta onun hücumuna məruz qadığını bildirir. Həmin direktorun güclü himayədarları olduğundan, nazirlik hər hansı tədbir görə bilməyib. Direktor isə daha bir qanunsuzluğa əl ataraq, məhkəmə hökmü olmadığı halda onu 72-ci maddə ilə işdən azad edib. Direktorun bu qanunsuzluğunu aradan qaldırmaq üçün isə Gülnar Ələsgərovaya ikinci əmək kitabçası açılıb.

Gülnar Ələsgərovanın sözlərinə görə, Təhsil Nazirliyində də özünün haqlı olduğunu sənədlər əsasında sübut edib. Ancaq 4 saylı məktəbin direktorunun güclü himəyadarları olduğundan Təhsil Nazirliyi onu həmin məktəbdə işə qaytarmaq əvəzinə, 12 saylı internat məktəbində işlə təmin edib.

Gülnar Ələsgərova deyir ki, 12 saylı internat məktəbində də ciddi qanunsuzluqlarla qarşılaşıb. O bildirir ki, direktor dəfələrlə kollektivdə çalışan bir çox işçiləri təhqir edib, müxtəlif söyüşlərlə alçaldıb. Bunu təsdiqləyən səs yazılarının olduğunu, bunlardan birinin "Youtube"da yayıldığını da bildirir (həmin səs yazısı yazıya əlavə olunur-red.) .

Gülnar Ələsgərova direktorun onun dəfələrlə əmək intizamını pozduğuna, müəllimlərlə dava saldığına dair iddialarının da əsasız olduğunu bildirir:  "Əgər əmək intizamını pozurdumsa, niyə mən Təhsil Nazirliyinə şikayət edənə qədər bir dəfə də olsun mənə töhmət verilməyib, xəbərdarlıq edilməyib? Niyə məni işdə saxlayırdı? Mən işdən qalmamışam, sadəcə iki dəfə cərrahi əməliyyat keçirmişəm. Bunu təsdiqləyən həkim kağızları da var. İşdən çıxarılmağımın səbəbi kimi göstərilən gün isə Təhsil Nazirliyində olmuşam. Mən Təhsil Nazirliyinə rəsmi dəvət olunmuşdum. Həmin gün direktorun adına ərizə yazıb, nazirliyə getmişəm. Nazirliyə getdiyimə görə direktor mənə töhmət verib, həmin günə olan əmək haqqımı kəsib”.

Gülnar Ələsgərova direktorun onu işdən azad etmək üçün əsas götürdüyü təqdimatın da əsasız olduğunu bildirir: "Direktor məni Maisə Əliyeva adlı müəllimənin təqdimatı əsasında işdən azad edib. Hansı ki, bu qadın məni hamının gözü qarşısında döyüb. Bu barədə ekspertiza rəyi də var. Bu faktla əlaqədar 128-ci maddə ilə Maisə Əliyeva haqqında cinayət işi başlanıb. Mən barşıq ərizəsi yazmasaydım, onu işdən azad edəcəkdilər. Onun ailəsinin maddi durumu yaxşı olmadığına görə bağışladım. Belə bir şəxsin mənim barəmdə rəy verməsi qanunsuzdur".

Gülnar Ələsgərova sağlamlıq imkanları məhdud uşaqların sinif otaqlarını təmizlədiyinə dair görüntülərin qurama olduğuna dair direktorun iddialarına münasibət bildirdi: “Mən o məktəbdə iyun ayından işləmirəm, o videoları neçə çəkə bilərəm? Qapalı müəssisədir, içəri necə girib çəkmişəm? Məktəbdə işləyən müəllimələr çəkib. Yaxşı, o görüntülər yalandır, uşaqların əlində döşəməsilən otaqları təmizləməyi yalandır, bəs uşaqların qarşısında menyuya uyğun olmayan yeməklərin olduğu fotolar necə, onlar da yalandır?”

Gülnar Ələsgərova direktorun iddialarının əksinə olaraq, vəzifəsini hər zaman layıqincə yerinə yetirdiyini, internat məktəbində sağlamlıq imkanları məhdud uşaqlara daim öz övladları kimi qayğı ilə yanaşdığını bildirdi. O, öz işinə qayıtmaq istiqamətində mübarizə aparmaq niyyətindədir.

Gülnar Ələsgərovanın 12 saylı internat məktəbdə baş verənlər, direktorun fəaliyyətindəki və işdən azad olunmasındakı qanunsuzluqlarla bağlı videomüraciətini təqdim edirik.

P.S. Videomüraciətdə səslənən ittihamlarla bağlı adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Böyütmək üçün şəkillərə klikləyin

[gallery columns="5" ids="371419,371409,371410,371411,371412,371413,371414,371415,371416,371417"]

635x100

Şərhlər

İsa Bulağı 2017-11-18 19:42:25

Bu boyda məktəbə gərək tərbiyəli bir ağsaqqal yaşlı müəllimlərdən birini direktor qoysalar pis olmaz. Bu şəxsdən isə direktor olmaz.

islam 2017-11-18 19:42:25

Allahverdi yox ... bunun adı

AAgahuseyn 2017-11-18 19:42:25

REDAKTORUN yazdıqı hər kün qəzetlərdə verilən materialdır.Düzdür istəsələr bunu tutmaqa nə var ki otellər,barlar və ğecə kulubları hamısın müdafiyə edən məmurlar və coxunun sahibi onlardır.Məni adi bir ərzaq maqazasını işlətməyə qoymadılar.ALLAH onların cəzasın versin.

rasim 2017-11-18 19:42:25

......eqli qusurlu usaqlarla o cur davranisa yol verenler ermeniden beterdi.o deye biler ki xeberim yoxdu .ancaq gozunun icine kimi yalan deyer....

Cəmşid İrzaquliyev 2017-11-18 19:42:25

Bu uzun illərin məmur cəzasızlığının nəticəsidir. Çünki, onlar o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqları belə eşitmirlər. Belələrindən biri də, Pirallahı Rayon İcra ıakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı yeddi aydan da artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər....

sevda agakiwiyeva 2017-11-18 19:42:25

Ilqara///////sen evellce drektorun sifetine-mordasina bax ,sonra xanim haqqinda yaz,coxda gozel-terbiyeli-uzundende nur yagir

Müəllim 2017-11-18 19:42:25

....özbaşınalıq,məsuliyyətsizlik,bisavadlıq baş alıb gedir.Hamısı bir-birinə bağlı adamlar iş başındadır.Ona görə belədir.

Ilqar 2017-11-18 19:42:25

Bu qadin cox qorxulu qadindir. Qaldi direktora, o da duzgun adama oxsamir. Uzr isteyirem men sekillere esasen oz subyektiv fikrimi bildirdim. Sag olun

REDAKTOR 2017-11-18 19:42:25

BUTOV BUNLAR AZƏRBAYCAN REALİĞİNİN TAM TƏSVİRİDİR. ƏKSƏR VƏZİFƏLİ SƏXSLƏRİN TABECİLİYİNDƏ OLAN QADİNLARA QARSİ ƏXLAQSİZLİQ TƏKLİFLƏRİNDƏN YAN KECMƏMƏSİNDƏN MƏGƏR HEC KƏSİN XƏBƏRİ YOXDUR? YAXUD TƏLƏBƏLƏRİN BƏZİLƏRİNİ İMTAHANDAN KƏSİB, DİGƏR ƏMƏLLƏRƏ SOVQ EDƏN İNCTİTUTUN RƏHBƏR VƏZİFƏLİLƏRİNİN NƏLAYİQ HƏRƏKƏTLƏRİNDƏN XƏBƏRSİSİZ? VƏ YAXUDDA Kİ BAKİNİN BİR COX MOTELLERİNDƏ HƏR GUN ƏYYASLİQLA MƏSĞUL OLAN VƏZİFƏLİ SƏXLƏRİ TANİYAN YOXDUR?

Vətən sevdalı 2017-11-18 19:42:25

A.V. kimi adamlar məktəbdən dərhal uzaqlaşdırılmalıdır.Təh- sil naziri belə işlərdə prinsipial olmalıdır. Yoxsa...

Tələbə 2017-11-18 19:42:25

Direktor çünki haqsızlıqla üzləşmiyib müəllimə çox haqsızlıqla üzləşib ona görə də ürəkdən danışır onun yerinə özünüzü qoyun sora fikir bildirin. guya məktəblərdə baş verənlərdən xəbəriniz yoxdu? Səsin çıxardanı da qınayırsız

vəkil 2017-11-18 19:42:25

insafən direktor pis məkirli fikirlərlə danişmir lakin qizin danişigi başdan ayaga məkrli görünür...

Besir 2017-11-18 19:42:25

MIKAIL CABBAROV ESITMIRMI BU SOYUSLERI ALLAHVERDI KIMI ...

Vətən sevdalı-ya 2017-11-18 19:42:25

çox gecikmisən.Vətən hədiyyə edilib-27 il,Özbaşınalıq bir qrup gəlmələrin devizinə çevrilib.Uyğunsuz,təsadüfi,savadsız insanları tapıb gətirib vəzifələrdə oturdublar. Vətəndaşın səsini eşidən tapılmır,İnsanlar intihara əl atır,dolanacaq dözülməz çətinləşdirilib. Belə bir halda qanun,ədalət,düzgünlük,evladların gələcəyinin yaxşı olması kimi meyarları axtarmaq xülyadır. Elə Təhsil sahəsi də buraya daxildir. Tapılmayan şeyi axtarana divanə deyilir.

Son yazılar