"AZƏRBAYCAN ORDUSU COX GÜCLÜ ZƏRBƏ ENDİRƏCƏK..." - "Minsk Qrupu Bakını aldadıb"

"Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir". Virtualaz.org-un verdiyi xəbərə görə, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan "168 jam” qəzetinə müsahibəsində çıxış edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noybarın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.

"Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa, o halda 2018-ci ildə prezidentlər Sarkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə, biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır”-Kayts Minasyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2017-11-18 15:33:55

Çaqqal "Aslanla həmdəm" olub "Qurda" belə hücum edər. Bu halda təkələrə dəyənəkli "çoban" da lazım deyildi. Hər kəs öz evindən çıxmadan onu qorumalı idi. Ata mülkünü qoyub, "yeni hakim qaytaracaq"a aldananlar vəzifəyə qaçıb Bakılı da olublar. BMT həllini də Avropa İnsan Hüquqları Məhkəməsinə iddiaları ilə sürətləndirmirlər. K.Minasyanın haqlı bəyanatı separatizmi narahat edir? Azərbaycanın ərazisindəki hər hansı özgə-kənar qüvvəni məhv etmə hüququna heç bir dövlət, heç bir əsasla qarışa bilməz!

ILLUZIYAYA SON QOYULSUN ! 2017-11-18 15:33:55

MUNTEZEM OLARAQ HIYLEGER “Minsk Qrupu Bakını aldadıb”. Putin, ermeni TULKUSU - Lavrov ve quldur S. Sarkisyan, VAXT UZADIRLAR, ishqalda olan Azerbaycan torpaqlarini GERI QAYTARMAYACAQLAR "DANISHIQLAR IMITASIYASI" ile. Kremlden ASILI OLMAYAN QERAR QEBUL ETMELIDIR Azerbaycan hakimiyyeti ve ORDU ermeni ishqalchilarini Azerbaycan erazisinde MEHV ETMELIDIR. Hiyleger Putinin butun PLANLARI BOYUK TEHLUKEDIR Azerbaycana ve bu riyakar KQB zabitinin HER BIR DANISHDIQI SOZ YALANDIR. VAXT ITIRMEK OLMAZ !

G.M 2017-11-18 15:33:55

Bayağı,boş sözlərə verməzdim imkan,mənə qalsa.Rusiyanın XİN -i lavrov açıq şəkildə deyir ki,Qarabağın həllində Azərbaycan söz sahibi deyil.Heç ermənilər də sərbəst hərəkət edəmməzlər.

Adil 2017-11-18 15:33:55

Nə qədər ki, Putinin dirijorluğu altında hərəkət edəcəyik, heç bir irəliləyiş olmayacaq. Minsk qrupunun heç bir səlahiyyəti yoxdur. O yalnız vaxtı uzatmaq üçün fəaliyyət göstərir. Bizdə isə cürət çatmır.

Quliyev Elxan Sarı o. 2017-11-18 15:33:55

Qərb və Rusiya istəmir ki,ikinci bir güclü Türk dövləti müstəqil fəaliyyət göstərsin. Müstəqilliyimizə mane olmaq ücün Ermənistandan bir alət kimi istifadə etməyə çalışırlar.Ermənistan onlar üçün cırılmış sapoqdur.Kələntaryan isə tələyə düşmüş kimi A.İ.Mikoyanın yerişini təkrarlayır.Bir cəhəti də xatırlatmaq istəyirəm ki,"donuz darıdan minnətlə, xahişlə yox, zopa ilə çıxarılır".

t.ədalət 2017-11-18 15:33:55

ermənilərin verdiyi xəbər bizi aldatmaq üçün bir oyundur.ermənilər bilirlər ki,münaqişənin manipulyatoru Putindir və bu Putin erməniləşmiş bir dövlət başçısıdır.Elə bu səbəbdən də ermənilər rusiyanın dəstəyi ilə erməni-rus hərbiçilərinin işğal etdiyi Azərbaycan ərazilərində rahat-rahat tikinti-quruculuq işləri görürlər.Biz isə rusiyanın törətdiyi cinayətlərdən danışmağa belə çəkinirik.....

pıs-pısa 2017-11-18 15:33:55

Yəni demək istəyirsiniz ki, Lazım gəlib Biləcirəyə çatıb??

REDAKTOR 2017-11-18 15:33:55

Ermənilər nə vaxt əldə etdiklərini xosluqla geri qaytarib? Hələ necə illər oncə ulu torpaqlarimiz Goycədən 200 minə yaxin həmvətənlərimiz oz dədə-baba torpaqlarindan qovularkən sərhədləri dağlari asib bizə pənah gətirən də coxlari onlara risxənd elədi ki qacqin kockundulər nə bilim nə. Amma sonradan Qarabağdan 1 milyona yaxin insan qacib gələndə bildilər ki hec onlar duzənlukdən belə kecib oz doğma torpaqlarina belə baxa bilməyəndə anladilar ki erməni faktoru elə-belə dəyil. İndidə qaliblar binin əlində.

Quliyev Elxan Sarı o. 2017-11-18 15:33:55

Lazımsız danışıqlarla erməni rəhbərlyi işğalın vaxtını uzadır. BMT-nin bu sahədə verdiyi qərarları saymamaq müharibəyə gətirib çıxaracaqdır.Erməni Rusyanın əlində oyuncaq vasitəsidir. Necə istəyir onları da eləcə fırladır.

Poliqlotlara 2017-11-18 15:33:55

Daşnak doktrinasının əks mövqeliləri DQarabağdan qovduğu dövrdən indi də dövlətimizə qarşı açıq müharibəyə çox yüngül yanaşırıq.....Bu gün bütün çıxışlarımızı təkcə S.Tarasov tam dəf-falş edir. Sualsız popuqay kimi: 50 minlik ölkə? Azərbaycanlılar 7 yox, 5 rayona qayıtmalıdırlar? Laçın-Kəlbəcər-Şuşa Bakı üçün yasaqdır? 4.İşğalçıya silah satan bizim strateji tərəfdaşımızdır?ı təkrarlayırıq da!? Belə laqeyd yanaşma siyasi həllə zidd deyilmi?

Quliyev Elxan Sarı o. 2017-11-18 15:33:55

Strateq.az saytında İlham Rəhimovun DQ məsələsınə dair müsahibəsini verib. İ.Rəhimov demək olar ki,Elxan Şahin oğlunun saytlara verdiyi müsahibəni təkzib və tam olaraq DQ məsələsində Putini müdafiə edib.İ.Rəhimovdan soruşururam:"Sizə Putin əzizdir, yoxsa Azərbaycan?"İ.Rəhmov, Siz Putinə yarınmaqla Azərbaycanda prezident ola bilməyəcəksiniz.

Son yazılar