ABŞ səmasında naməlum uçun aparat görünüb

ucan bosqab«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) səmasında, Oreqon üzərində naməlum uçan aparat qeydə alınıb. Obyekt aviadispetçerlər arasında çaşqınlığa səbəb olub. Onun «tutulması» üçün F-15 qırıcıları havaya qaldırılıb. Xəbəri «Sputnik» agentliyi yayıb.

İnsident oktyabrın 25-də baş versə də onun barəsində xəbər məhz indi yayılıb. Mülki reyslərin pilotları ağ rəngli uçan naməlum obyekt barədə xəbər veriblər. Onların sözlərinə görə, obyekt 10 milometr yüksəklikdə, saatda 700 kilometr sürətlə uçub və təyyarələrə 20 kilometrə qədər yaxınlaşıb (Daily Mail).

Həyacan siqnalı ilə havaya qaldırılmış qırıcılar obyekti «tuta» bilməyiblər - o, yoxa çıxıb. Qeyd olunur ki, bu qayda ilə aparat müasir aşkarlayıcı sistemlərdən də yayına bilər.

ABŞ hərbi-hava qüvvələrinin və Federal mülki aviasiya idarəsinin nümayəndələri faktı təsdiqləyiblər.

Sosial şəbəkə istifadəciləri qeyd edirlər ki, insident Kanada sərhədinin yaxınlığında baş verib. Odur ki, sözügedən obyekt narkotik maddə daşıyan təyyarə də ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar