BMT terrorçuluqla mübarizədə qarşılıqlı fəaliyyətin səviyyəsini yetərli hesab etmir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş hesab elir ki, dünyada terrorçuluqla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin səviyyəsi yetərli deyil.

«Qloballaşan dünyada bir ölkənin nəzərdən qaçırılması onun qonşuları və daha uzaq ölkələr üçün təhlükə ilə nəticələnə bilər. Odur ki, bizim vəzifələrimiz birlik, həmrəylik və birgə çalımalar olmalıdır» - deyə, cümə axşamı Baş katib London universitetindəki çıxışı zamanı bəyan edib.

«Hələ də beynəlxalq terrorçuluq sahəsində hərtərəfli konvensiyanın yaradılması üzrə konsensus yoxdur. Yeri gəlmişkən, bu məsələ üzrə 19 müxtəlif beynəlxalq konvensiya və bölgəsel saziş var» - Quterreş əlavə edib.

O, qeyd edib ki, BMT üzvü olan ölkələr terrorçuluğun maliyyələşdirilməsi mənbələri və çirkli pulların yuyulması ilə mübarizəni gücləndirməlidirlər, amma təlcə bu səylər də yetərli deyil.

«Yerlərdə xüsusi xidmətlər də informasiya mübadiləsini yaxşılaşdırmalı və bu istiqamətdə işləməlidirlər. Kəşfiyyat məlumatlarının mübadiləsi işi üzrə yeni dövrün başlaması məqamı çatıb» - Baş katib bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar