Zimbabve prezidenti ölkədən qaçdı

Zimbabve prezidenti Robert Muqabe onu istefaya səsləyən nümayişlərin keçirildiyi və hakimiyyətin ordunun əlinə keçdiyi bir vaxtda ölkədən qaçıb.Virtualaz.org xəbər verir ki, bu barədə “Daily Mail” nəşri Muqabeyə yaxın mənbəyə istinadən yazıb.

Zimbabve dövlət başçısının mühafizə xidmətinin əməkdaşı bildirib ki. Muqabenin “Mavi dam” adlı iqamətgahında hərbçilərdən başqa heç kim yoxdur.

Hazırda Muqabenin harada olması barədə məlumat yoxdur. Güman edilir ki, o, daha öncə birinci ledi Qreysin qaçdığı qonşu ölkə Namibiyada ola bilər.

635x100

Şərhlər

dadaşyev 2017-11-18 22:27:10

Zimbabve prezidentinin 93 yaşında düşüncəsinin mostu qaçıb deyə raması əyilib, karbüratorunun poplavoku xarabdu,zadni mostunun planetarkası uğultu salır aşağı sürətlərdə,tramlyorunun bequnyoku da pas atıb deyə zajiqaniyası dağılıb.Bunnan daha adam olmaz yəni.Nəyə qaçıb yəni bir belə defektnən?Otur xarabanda,40 il millətdən çırpışdırdığını xımır-xımır ye də xmıryonoklar kimi.Sonra deyirlər bu yoldaş dadaşyev yaxşı adam deyil,belədi filandı.Axı belə halları görəndə bu yoldaş dadaşyev nətər özünü saxlas ın?

Son yazılar