Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi

Norveçin Atatürkə görə Türkiyəyə yalnız üzrxahlıq etməsi yetərli deyil.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, elə səhvlər var ki, onları alçaq insanlar edir. O, NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu deyib.

Qeyd edək ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulduğu bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar