“BDU-ya HƏSƏN BƏY ZƏRDABİNİN ADI VERİLSİN…” - Sabiq deputat

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı Məmməd Əmin Rəsulzadənin adının bu təhsil müəssisəsinə qaytarılmasıyla bağlı mövzunu yenidən gündəmə gətirib. Müxtəlif səpkili təkliflər irəli sürülür.

Sabiq millət vəkili Alqış Musayev mövzu ilə bağlı "AzPolitika.info"-ya açıqlamasında xatırladıb ki, belə təkliflər vaxtaşırı gündəmə gətirilir. Amma bu məsələdə fikirlər həmişə haçalanıb, ortaq bir mövqe yoxdur və ümumiyyətlə, bu ziddiyyətli bir mövzudur. "Çünki bu fikrin tərəfdarları ilə bərabər kifayət qədər əleyhdarları da var. Mən özüm BDU-nun məzunuyam. M.Rəsulzadənin adının həmin universitetə verilməsi mənim təhsil aldığım illərə təsadüf edir. Deyim ki, bu addım elə o vaxt da birmənalı qarşılanmamışdı. O dövrü xatırlayanlar yəqin unutmayıblar ki, hətta Cümhuriyyət dövrünün baş naziri olmuş Xoyskinin qohumları bu barədə Xalq yazıçısı Anara müraciət də etmişdilər. Mətbuatda dərç edilən həmin məktubda BDU-nun təsis edilməsində Xoyskinin fəaliyyətindən söhbət gedirdi və vurğulanırdı ki, universitetə Xoyskinin adının verilməsi daha düzgün və ədalətli bir qərar olardı. Bu, əslində, BDU-ya Rəsulzadənin adının verilməsinə açıq-aşkar etiraz etmək idi. Və həqiqət naminə deyim ki, bu etiazda bir məntiq var".

A.Musayev hesab edir ki, BDU-nun yaradılmasını yalnız M.Rəsulzadənin adıyla və fəaliyyəti ilə bağlamaq düzgün deyil: "Həm də mən hesab edirəm ki, fundamental elmlərin tədrisi və tədqiqi ilə məşğul olan institutlara siyasi xadimlərin adının verilməsi düzgün praktika deyil. Belə təşəbbüslər heç də hər zaman uğur gətirmir. Həyat göstərir ki, təhsil müəssisələrinin imicinin siyasiləşdirilməsi uzunömürlü olmur. Digər tərəfdən, BDU-ya Rəsulzadənin və ya başqasının adının verilməsi hazırda gündəmdə deyil. Əgər nə vaxtsa belə bir zərurət yaranacaqsa, BDU-ya Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adının verilməsi daha məqsədəmüvafiq olar və əminəm ki, bu, əksəriyyət tərəfindən razılıqla və rəğbətlə qarşılanardı.

Həsən bəy vaxtilə yazırdı ki, iki arzum var, istərdim ki, bizim bir qəzetimiz və darülfünümuz olsun. O, birinci istəyini özü həyata keçirə bildi. İkinci arzusuna isə çata bilmədi. Onun ikinci arzusunu Xalq Cümhuriyyəti reallığa qovuşdurdu. Düzdür, BDU-nu Cümhuriyyətin yadigarı və övladı hesab edənlər haqlıdırlar.

Ancaq unutmayaq ki, Azərbaycan Xalq Cümhuriyyəti onun qurucuları ilə birlikdə Zərdabi kimi dahilərin övladıdır”.

635x100

Şərhlər

Elçin 2017-11-20 00:59:26

Bu .......

Behmen 2017-11-20 00:59:26

Alqış Musayevdə Məmmədəmin Rəsulzadəyə qarşı bir paxıllıq əlaməti, bir də Rəsulzadəni tanımamaq xisləti açıqca görünür. Təkrar olmasın deyə,L.Ədalət çox düzgün qənaətə gəlib.

t.ədalət 2017-11-20 00:59:26

Həsən bəy Zərdabi bir çar məmurudur.Bu maarifçilik "Şamo" romanındakı Talıbxan yüzbaşı kimi adamların yetişdirilməsinə xidmət edirdi. Çar istəyirdi ki,yerlərdə rusiyaya qulluq edəcək azsavadlı kadrlar hazırlansın.Həmin "maarifçilik" hərəkatı nəticəsində ortaya çıxan adamların heç birində milli təəssübkeşlik hissi olmurdu.İlk Azərbaycan mətbuatı da "Əkinçi" deyil, "Bakinskiy listok" qəzetidir.BDU-ya onun adını vermək düzgün olmaz.Bizi rusiyanın quyruğuna bağlayan ziyalılardan uzaq olmaq lazımdır.

t.ədalət 2017-11-20 00:59:26

Böyük türkçü,Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcısı və memarı Məmməd Əmin Rəsulzadənin haqqında kimlərinsə paxıllıq hissi ilə qələmə aldığı yazıları oxuyanda müəlliflərin etnik kimliyi barədə düşünürsən.Axı,bəşəriyyəti demokratikləşdirəcək qədər güclü ideyaları ilə min illərin yaddaşına çevriləcək bir adamı qiymətləndirə bilməyənlərə başqa nə cür münasibət bəsləyəsən?Unutmaq olmaz ki,M.Ə.Rəsulzadə heçdən bir Azərbaycan Cümhuriyyəti yaratdı və onun dünyanın xəritəsinə düşməsinə səbəb oldu.

zaur 2017-11-20 00:59:26

......

ilqar 2017-11-20 00:59:26

hec ozun yazdixini oxudunmu?siz kimsiniz ? && 7 ? sizler kimdi

Kapitan NEMO 2017-11-20 00:59:26

L.ədalətlə tam razıyam. Tək mən yox, bütün jurnalistlər şəhərə çıxıb sorğu keçirsinlər.Məmməd Əmin Rəsulzadə tam layiq şəxsiyyətdir.Şərqdə ilk müsəlman dövlətinin yaradıcısı və quruducusu idi.Öləndə də Azərbaycan,Azərbaycan deyə-deyə getdi.Azərbaycanda dahi siyasətçilərdən M.Ə.Rəsulzadədən sonra Azərbaycanla fəxr edən yalnız Həydər Əliyev idi.Onun da adına yetərincə yer verilib.Ona görə M.Ə.Rəsulzdə tam layiqlidir.Kim əleyhinə gedirsə onlar İlqar deyənlərdir.

Son yazılar