“BDU-nun ADI OLDUĞU KİMİ QALSIN, AMMA..." – Təhsil eksperti

etibar-eliyevBakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamı Məmməd Əmin Rəsulzadənin adının bu təhsil müəssisəsinə qaytarılmasıyla bağlı mövzunu yenidən gündəmə gətirib. Lakin bu müzakirələrə qoşulanlar arasında BDU-ya başqa tarixi şəxsiyyətlərin adlarının verilməsini təklif edənlər də var. Məsələn, sabiq millət vəkili Alqış Musayev mövzu ilə bağlı “AzPolitika.info”-ya açıqlamasında BDU-ya Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin adının verilməsinin daha məqsədəmüvafiq ola biləcəyini söyləyib.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev isə bununla bağlı fərqli düşüncədədir. Təhsil eksperti universitetlərimizə kiminsə adını verməklə bağlı deyil, onların səviyyəsini yüksəltmək istiqamətində müzakirələr açmağı zəruri sayır: “Dünyanın inkişaf etmiş ölkələrinin universitetlərinin tam əksəriyyəti kiminsə adını daşımır. Məsələn, dünyanın birinci universiteti sayılan Harvard Universiteti (1636-cı ildə yaradılıb) mesenat və filantrop Con Harvardın şərəfinə adlandırılıb. Kitabxanasının və əmlakının bir hissəsini universitetə bağışladığına görə... Dünyanın 2-ci universiteti sayılan Massaçusets Texnologiya İnstitutunun (1861-cı ildə yaradılıb) yaradıcısı professor Uilyam Rodjersdir. Lakin Rodjersin adı bu böyük instituta qoyulmyıb. Dünyanın 6-cı universiteti sayılan Oksford universitetinin yaranmasının dəqiq tarixi məlum deyil. Lakin bu ali məktəbdə dərslər 1096-cı ildə başlanıb.

İndi təsəvvür edin: Bu ali məkəblərə “Dövlət” sözünü əlavə etsəydilər necə olardı. Harvard Dövlət Universiteti, yaxud Oksford Dövlət Universiteti. Universitet yaradıcılarının ağlına belə şey gəlməzdi. Məncə yavaş-yavaş Universitetlərin adından “Dövlət ” sözünü götürmək lazımdır. Bunun üzərində düşünmək lazımdır. Biz özəl ali məktəbləri ödənişli təhsilə görə Dövlət ali məkəblərindən fərqləndiririk. Lakin dövlət universitetlərində ödənişli təhsil 80 faizə yaxındır. Özəl ali məkəblərə daxil olmaq üçün abituriyentlərə dövlət sifarişli yerlərin seçiminə imkan verilir. Böyük şəxsiyyətlərin adına tədqiqat universitetləri, yaxud mərkəzləri yaratmaq olar. Məsələn, Nazarbayev Universiteti tipli universitet tədqiqat universiteti statusunda çıxış edir və böyük reytinq qazanıb. Universitetlərin adları qarşısında kiminsə adının olması dövrü başa çatıb. İndi sadə adda reytinqli universitet formalaşadırmaq və inkişaf etdirmək dövrüdür”.

AzPolitika.info

635x100

Şərhlər

Müəllim 2017-11-20 18:24:43

Onsuz da BDU-nun yalnız adı qalıb..... rüşvət dəfələrlə qalxıb,təhsilin səviyyəsindən danışmağa dəyməz,hələ pullu təhsil tətbiq etmklə millətin cibinə girib.Universitetbitirənlər bazarlarda kartof satır.Bundan təhsil nazirliyinin xəbəri varmı? Universitetin adının isə olduğu kimi qalması məqsədə və tarixə uyğundur.

Timurchin 2017-11-20 18:24:43

Məmməd Əmin Rəsulzadə tarixi şəxsiyyət və ilk müstəqqilliyimizin əldə olunmasının SİMVOLUDUR. Bütün dövrlərdə tarixi şəxsiyyətlərin ətrafında nəhənglər olub. Napaleonun qələbələri onun fenomenal qabiliyyətli generalları tərəfindən əldə olunub və tarixdə Napaleonla yanaşı onların hamısını adı qalıb. İndi kimin ağlına gələrki hansısa döyüşdə, yaxud ümumi qələbədə Napaleonun adını yox, onun hansısa generalının, yaxud generallarının adını önə çəksin. BDU-ya, ölkənin ilk və aparıcı universitetinə, Məmməd Əmin Rəsulzadənin adının verilməsi bu tarixi şəxsiyyətin adının, SİMVOLUN əbədiləşdirilməsi üçündür.

Firudin Əmirov 2017-11-20 18:24:43

Etibar müəllim haqlıdır. Belə universitetə Məmmədəminin adının qoyulması ona hörmətsizlikdir. BDU artıq kollecə çevrilib. Regionçuluq, qohumbazlıq, haqqı nahaqqa qurban vermək universitetin yaşam tərzinə çevrilib.

AAgahuseyn 2017-11-20 18:24:43

Azərbaycanın ğörkəmli şəxsiyyətlərinin adlarının Univerisitetlərə verib onları hörmətdən salmaq lazım deyil.İndi oranı qurtaranlar SƏDƏRƏK-BİNƏ ticarət mərkəzlərində şmotka,MEYVƏLİDƏ kartof -soğqn satırlar.Bundansa təhsilin səviyyəsini qaldırmaq,pulsuz təhsilə daha cox yer vermək lazımdır.Pulun dərdindən savadlı kasıb balaları oxuya bilmlr PULLU kütbeyin uşaqları oxuyur onlar savadlıların yerini tuturlar.Etibar müəllim haqlıdır.RƏDD OLSUN RÜŞVƏT.Təhsilə qaygı-reanimasiya lazımdır.

Son yazılar