Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verib - 200 min manat tələb edir

Xalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

APA-nın məlumatına görə, M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

635x100

Şərhlər

t.ədalət 2017-11-20 11:52:49

Belə yazıları saytlarda yerləşdirmək,bəlkə də gərək deyil.Böyük ərazilərin erməni-rus hərbiçiləri tərəfindən işğalı,qaçqın və köçkünlərlə dolu günlərimizin ağrılı və acılı olan indiki vaxtında hansısa atistin kefimizə soğan doğrayan "oyunlarına" son verməliyik.Bu ölkəyə boyalı bir aktyordan daha vacib yurdun keşiyində dayanan əsgər lazımdır.Artistlər bir-birini məhkəməyə verməklə özlərini gündəmə gətirir,eyni zamanda ölkə əhalisinin diqqətini erməni kimi düşməndən yayındırırlar..

dadaşyev 2017-11-20 11:52:49

Bu xanım çox gözəl aktrisadır və bir qadın kimi də çox gözəldir.Ramiz Məlik özü sənət adamı ola-ola düz etməyib.Əsil sənət adamı xalxın qız-gəlini haqqında nalayiq ifadələr işlətməz.Ümumiyyətlə kişi olan kəs qadını təhqir etməz.Ayıb olsun ona.

Şahin 2017-11-20 11:52:49

Görəsən o yetimin (Ramiz Məlikin) o qədər pulu var? Bunlar nəyi bölüşə bilmirlər? Ramiz Məlik də qəribə adamdır, sənin nəyinə gərəkdir o necə geyinir, kiminlə oturub durur, sənə qalıb onun dərdi?

Xanım artist 2017-11-20 11:52:49

Cənab t.ədalət düzgün qeyd edir. Lazım deyil, bunlar üzüağlıq gətirməz! Şərhçi Şahin də düzgün qeyd edir ki,"yetim" xanımdan üzr istəmişdir. Ramiz Məlik ağsaqqal adamdır. Bilməlidir ki, belə olaylarla gündəmə gəlmək olmaz! Birinci sənə çoxmu lazımdır bunlar? Rasim Balayev üçün narahatçılığımız hələ qüvvədə olduğu halda, indi də bu "yetm"-imin məsələsi gündəlikdə durur. Hz. Əli (ə) qeyd edir ki,Əməl adamı olun, söz yox! Başımıza gələn bədbəxtliyimizin səbəbi də sözlə əməlimizin üst-üstə düşməməsidir!

Son yazılar