“Bəzi işbazlar uşaq əməyindən istifadə edirlər” - Oruc Zalov

“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”.

APA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı – ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.

O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.

635x100

Şərhlər

Millət 2017-11-20 13:05:29

Əhalinin dolanacağının günü gündən ağırlaşması.qiymətlərin əsassız olaraq katastrofik yüksəldilməsi,maaş.müavinət və pensiyaların dondurulması əhalini yaşamaq uğrunda mübarizəyə və bu mübarizədə bütün yollara ( uşaq əməyinə,oğurluq ,banditlik və s.) əl atmağa məcbur edib.Ona görə Hökumət ciddi surətdə işə qarışmalı və yaşayış normalarına nəzarəti və nizamlamaları həyata keçirməlidir. İnsan indi yaşamaq ( yəni ölməmək ) üçün mübarizə apaır.Ərzaq baha.geyim baha,kommunal xərclər artır, dərman,müalicə,xidm

Son yazılar