BAKIDA ZAVODDA PARTLAYIŞ - Ölən və xəsarət alan var

Lökbatanda zavodda baş vermiş partlayışla bağlı cinayət işi başlanıb. Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlunun yük maşınının qarşısında dayanarkən əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Məlumat əsasında Bakı şəhəri Qaradağ rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun, Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarının, o cümlədən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

****

Bakıda zavodda partlayış olub.APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

635x100

Şərhlər

London 2017-11-20 20:06:54

Melumati yazanda emelli bashli yazin pls.hansi zavodda- ne zavodunda

AAgahuseyn 2017-11-20 20:06:54

Əvvəla ora zavod deyil əvvəllər dəri qəbulu iylə məşqul iydi.İndi idarə müəsisə və əhalidən oğurlanan əlvan metalların qəbulu yeridir.Oğurluq malları əridim ızini itirirlər.Rayon İH-də qeydiyatdan kecməyib.

Son yazılar