Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları

Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.

Qərara əsasən Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:

İcraçı direktor – 1150 AZN, icraçı direktorun müavini - 895 AZN, şöbə müdiri, baş mühasib – 590 AZN, baş məsləhətçi – 410 AZN, aparıcı məsləhətçi – 390 AZN, məsləhətçi – 380 AZN, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis – 200 AZN, sürücü – 220 AZN və xadimə - 155 AZN.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar