Rəsmi Minsk ukraynalı diplomatı arzuedilməz şəxs elan edib

Rəsmi Minsk Ukraynanın Belarusdakı səfirliyinin müşaviri İqor Skvrotsovu arzuedilməz şəxs elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Belarus Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi Dmitri Pobyarjin deyib.

O, Belarusda agentura şəbəkəsi yaratmaqda ittiham olunan jurnalist Pavel Şaroykonun işi ilə bağlı diplomatik statusuna uyğun olmayan fəaliyyətdə ittiham edilib.

Belarus Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi bildirib ki, jurnalist fəaliyyətinin İ. Skvortsov tərəfindən koordinasiya edildiyini bildirib: “O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşıdır”.

Qeyd edək ki, Ukrayna Milli Teleradio Şirkətinin əməkdaşı olan Pavel Şaroyko oktyabrın 25-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətindən onun Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu açıqlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar