Nazirliyin keçirdiyi tenderdə qanunsuzluq - Şirkət rəhbəri prezidentə müraciət etdi

Azərbaycan İT şirkət rəhbəri Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən "Tədris Prosesinin Avtomatlaşdırma İşləri" üzrə satınalma tenderində ölkəmizin qanunvericiliyi ciddi şəkildə pozulduğunu iddia edir.

Xeberler.az-ın məlumatına görə, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov bildirib ki, artıq neçə dəfədir dövlət qurumları tərəfindən keçirilən tenderlərdə qanun pozuntuları ilə üzləşir.

O, məsələ ilə bağlı İlham Əliyevə və aidiyyatı qurumlara rəsmi müraciət edib.

Müraciətdə bildirilir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən keçirilən tenderdə şirkət tenderin qiymətləndirilməsində ən yüksək bal toplayaraq qalib gəldiyi halda, şirkətin tenderdə qalib gəlmədiyi rəsmən satınalan təşkilat tərəfindən təsdiq edilib.

Şirkət rəhbəri prezidentdən yuxarıda iddia edilən qanun pozuntularının və korrupsiya hallarının araşdırılması və şirkətin hüquqlarının təmin edilməsini xahiş edib.

Bundan öncə də İsmayıl Ələkbərov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan tenderdə iştiraklarına qanunsuz olaraq maneçiliklər olduğu barədə prezidentə müraciət ünvanlamışdı.

Şirkət rəhbərinin bu müraciətindən sonra Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi tender ləğv edildi.

635x100

Şərhlər

mühəndis 2017-11-20 17:11:28

Çikayət etdi.tender ləğv edildi.Bu maraqlı deyilmi? Əgər görüləcək iş nəzərdə tutularaq tender elan edilmişsə,tenderin düzgün keçirilmədiyi barədə şikayət ediləndə tender niyə ləğv olunur?Ümumiyyətlə dövlət oranlarında tender yalnız başda duranın əvvlcədən nəzərdə tutduğu firma tərəfindən udulmalıdır.Yoxsa kənar firmaların əziyyətinin mənası olmur.Çünki tenderə ciddi nəzarət olunmur..Adam şikayət etdi,hətta Prezidentə müraciət etdi.Bəs nəticə?

Son yazılar